TÜK DÖNMƏSİ NƏDİR

Siz tük dönməsi xəstəliyi haqqında eşitmisiniz?

Tük dönməsi, daxilində tük soğanaqları və piy vəziləri olan kanal olub sağrıarası büküşün dərisində svişlə açılır.

Bu sviş dəliklərinin sayı 1 ədəddən 5-6 ədədə, bəzi ədəbiyyatlara görə hətta 12 ədədə çata bilər.

loading...

Bu anadangəlmə bir xəstəlik olub, iltihablaşana qədər adətən insanlar bundan xəbərsiz olaraq normal yaşayırlar.

Burada iltihab yaradan səbəblər: oma-büzdüm travmaları, bu zonanın kəskin soyuğun təsirinə məruz qalmasıdır.

Bu xəstəliyə daha çox kişilərdə rast gəlinir.

Tük dönməsinin büzdümlə birbaşa əlaqəsi yoxdur, o büzdüm nahiyyəsinin dərialtı toxumasında olur.

Əməliyyat radikal aparılaraq, bu zonanın dərialtı toxumasının kəsilərək götürülməsindən ibarətdir.

Bu zona əməliyyat zamanı tamamilə aradan qaldırılmalıdır ki, residiv baş verməsin.

loading...

Bunuda oxu...