TROMBEKTOMİYA

Babasil

Babasil vaxtında müalicə edilmirsə, bir ağırlaşma meydana gəlir. Bunlardan biri babasil düyünün trombozudur.

Babasil düyünü damar olduğundan onun zədəsi və içəridəki qan axınının yavaşlanması, qanın qatılaşması və düyünün zədələnməsi nəticəsində onda tromb, yəni, qan laxtası əmələ gəlir.

loading...

Tromboz ümumiyyətlə xarici düyünlərdə meydana gəlir. Əsas simptom ağrıdır. Düyün ölçüsü artır, şişkinlik və düyünün rəngi dəyişir. Vaxtında həkimə müraciət etmək və müalicəyə başlamaq çox vacibdir.

Xəstələr gec müraciət edirsə, müalicə kömək etmir, onda trombu cərrahi yolla çıxarmaq lazımdır. Bu əməliyyat trombektomiya adlanır. Həm yerli, həm də daxili anesteziya altında edilə bilər.

Əməliyyat 10 dəqiqə çəkir. Düyün kəsilir və tromb çıxarılır. Düyün özü iltihab çəkildiyi zaman daha sonra planlı bir şəkildə çıxarılacaqdır.

Trombektomiya edilmədikdə, düyünün qanaması və ya nekrozu (ölmüş toxumalar) baş verə bilər və bu xəstə üçün çox təhlükəli haldır.

Tromboz yenidən yarana bilərmi? Bəli bilər. Buna görə xəstəliyin təkrarlanmasının qarşısını almaq üçün həkimin tövsiyələrinə əməl etmək çox vacibdir.

Dr. Natavan Xanlarova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...