TRAVMATİK ŞOK

TRAVMATİK ŞOKŞok orqanizmin kәskin ağrıya qarşı sinir-reflektor reaksiyasıdır. Şok zamanı әsas hәyat fәaliyyәti olan üzvlәr: qan hәrәkәti, tәnәffüs, maddәlәr mübadilәsi pozulur. Ancaq әsas yeri sinir sisteminin fәaliyyәtinin pozulması tutur.

Travmatik şok әsas etibarilә ağır zәdәlәnmәlәrdә, geniş sahәli yanıqlarda, uyğun olmayan qanı köçürәn zaman baş verir. Şok hәmçinin uzun sürәn əməliyyatlar zamanı ağrısızlaşdırma yaxşı aparılmadıqda baş verir.

Travmatik şok faza formasında gedәn patoloji prosesdir. Qan dövranının, tәnәffüsün, maddәlәr mübadilәsinin, mәrkәzi sinir sisteminin, humoral tәnzimin pozulmasının müşayiәti ilә reflektor yolla zәdәyә qarşı cavabıdır. Qan itirmә, soyuq, yorulma, aclıq, şüa xәstәliyi, zәdәlәyici amilin uzun vaxt tәsiri şokun daha tez vә ağır gedişinә mәnfi tәsir göstәrir.

loading...

Döş qәfәsinin, qarın boşluğunun üzvlәrinin, onurğa sütununun, çanağın, kәllәnin, zәdәlәnmәlәri zamanı vә yanıqlarda daha tez-tez şok müşahidә edilir.

Şok iki sinir sistemi arasәnda bir-birinә zidd olan qıcıqlanma ilә tormozlanma arasında gedәn konfliktlәr nәticәsindә әmәlә galir. Travmaya uğramış sahәdә zәdә almış periferik sinirlәr qıcıqlanır vә impulslar mәrkәzi sinir sisteminә gedәrәk beynin qabıqaltı maddәsinә, sonra beyin yarımkürәlәrinә çatır. Ağır impulslardan beyin yorulur, üzülür, qıcıqlara cavab verә bilmir vә tormozlanma gedir ki, bu da şok adlanır.

Şokun tәsnifatı aşağıdakı kimi tәklif edilir:

1) ağrı nәticәsindә törәnәn şok;

2) humoral şok;

3) psixogen şok.

Ağrı nәticәsindә törәnәn şok әlamәtinә görә travmatik, yaxud ekzogen vә endogen şoka bölünür. Travmatik şoka mexaniki zәdәlәnmәlәrdәn yanıq, elektrik cәrәyanından, donmadan sonra әmәlә gәlәn vә operasiya şoku aiddir. Endogen şoka “kәskin qarın” iltihabdan sonra, kardiogen, nefrogen vә s. şoklar aiddir.

Humoral şoka yad zülalların, yaxud uyuşmayan maddәlәrin vurulmasından әmәlә gәlәn, anafilaktik, hemolitik, adrenalin, insulin, histamin şoku aiddir. Psixogen şok qәflәtәn ağır faciәli xәbәr eşidәrkәn, qorxu, hәyacan, qüssә keçirәrkәn baş verir.

Travmatik şokun baş vermәsinin әsas sәbәbi ağır mexaniki travmadır. Travmadan başqa qanaxma, psixikasının pozulması, soyuğun vә ya istinin tәsiri, aclıq şokun yaranmasına tәkan verәn sәbәblәrdir. Dinc dövrdә çox qarışıq vә mürәkkәb travmalar, o cümlәdәn kәllә-beyin travmaları ilә birlikdә, çanaq sümüklәrinin mürәkkәb sınıqları, sәthi narkoz altında uzun çәkәn operasiyalardan sonra travmatik şoka tez tez rast gәlinir.

Şokun gedişindә iki: erektil vә torpid faza ayırd edilir. Erektil faza hadisә vә travmanın baş verdiyi yerdә, operasiya otağında, müharibә zamanı isә döyüş meydanında travma alan anda baş verir. Bu fazanın müddәti çox qısa vә anidir (bәzәn 10-15 dәqiqәyә qәdәr baş verә bilәr). Bu fazada xәstәnin huşu özündә olur, danışığı hәyacanlı vә gәrgin, әtrafa laqeyd olub, öz vәziyyәtini belә düşünmür.

Ağrıya qarşı reaksiyası çox artır. Sәsi karlaşır vә danışıq qırıq-qırıq olur. Dәri vә selikli qişalar avazıyır, tәrlәmә müşahidә edilir, dәri vә vәtәr reflekslәri artır, göz bәbәyi genәlir vә işığa qarşı reaksiyası artır. Nәbz bir qәdәr tezlәşir vә bәzәn azalır, qan tәzyiqi artır. Erektil fazanı ancaq hadisә yerindә olan şәxs görür, әksәr hallarda hәkim hadisә yerindә olmadığından bu fazanı görә bilmir.

Erektil faza torpid fazaya tez keçir. Xәstә hәrәkәtsiz, qıcolmuş olur, nә şikayәtlәnir, nә qışqırır, heçnә tәlәb etmir, bәdәni soyuq, sifәti avazımış, meyitә oxşayır, nәbzi sapvari, zәifdir. Verilәn suallara cavab vermir, sakit sәslә öz-özünә nәisә deyir, tәnәffüs sәthidir, dәrisini hiss etmir.

loading...

Bunuda oxu...