TRAKSİYA NƏDİR

Traksiya, oynaq aralıqlarını genişləndirmək və ya sümük parçalarını ayıraraq ətraf yumşaq toxumanı gərib uzadacaq şəkildə tətbiq olunan çəkmə texnikasıdır. İndiki vaxtda Traksiya fizioterapevtik müalicədə xüsusilə boyun və lomber spinal bölgə xəstəliklərində istifadə edilir.

Davamlı Traksiya. Ümumiyyətlə 10-14 gün ərzində, hər gün bir neçə saat müddətlə ümumi 20-40 saat olacaq şəkildə aşağı ağırlıqlar istifadə edilir. Uzun davamlı olması səbəbiylə yüksək miqdarda qüvvəti xəstələr tolere edə bilməz.

Traksiya mexaniki təsirdən çox, əzələ spazmını həll etmək, əzələlər və yumşaq toxumalar tərəfindən onurğa üzərinə tətbiq olunan təzyiqi azaltmaq və immobilizasyon məqsədli tətbiq olunur.

loading...

Statik (ağırlığı qorunmuş) Traksiya. Davamlı traksiyadan daha çox, aralıq traksiyadan daha az miqdarda qüvvə tətbiq olunur. 20-60 dəqiqə müddət ilə traksiyonun mexaniki təsirlərindən faydalanmaq üçün tətbiq olunur.

Traksiya. Daha böyük qüvvələr daha qısa müddətdə tətbiq olunur. Bir neçə saniyə və ya dəqiqə davam edən çəkmə və sonra boşalma dövrlərinin bir-birini izlədiyi ümumi 20-30 dəqiqə davam edən və xəstələr tərəfindən daha yaxşı qəbul edilir.

Dr. Ramin Quliyev

loading...

Bunuda oxu...