TORAKS ÇIXIŞI SİNDROMU

Bu sindrom bazu kələfindən çıxan sinirlərin, subklavian (körpücükaltı) damarların xronik travmatizasiyası, sıxılması nəticədə yaranan klinik əlamətlərə verilən aiddir. Anatomik olaraq da bu bölgə çiyinlə boyun arasındadı, öndən skalenus (pilləli) əzələ, yuxarıdan körpücük sümüyü, aşağıdan 1-ci qabırğa və onların arasında yerləşən sinir və damarlardan ibarətdi.

Xəstəlik 40 yaşa qədər olan insanlarda daha çox qadınlarda təsadüf edilir. Beləki evdar xanımlar qollarına daha çox güc verdikləri üçün, daimi hərəkət zamanı əzələlər işləyərək qabırğanı yuxarı qaldırır, tuneldən keçən (qabırğa və körpücük sümüyü arasından) sinirləri və damarları sıxır və nəticədə klinik tablo üzə çıxır.

Bundan əlavə qol hərəkətindən istifadə edən peşə sahiblərində, komputer arxasında çox oturan, travma zamanı çiynindən yaralanan, həmçinin anadangəlmə əlavə servikal (boyun) qabırğası olan insanlarda görülə bilər.

loading...

Xəstələr qol, sinə və kürek nahiyəsində olan ağrı və uyuşma hissindən, qollarda olan gücsüzlükdən, nazilmədən şikayətlənir. İlk etaplarda ağrı yalnız iş görərkən olsa da, sonra sakit vəziyyətdə belə xəstəni narahat etməyə başlayır.

Ağrı sinə və kürək nahiyəsinə də yayıldığı üçün ürək ağrısına bənzədiyindən xəstələr daha çox kardioloqun konsultasiyasından sonra nevropatoloqa müraciət edirlər. Ürək xəstəlikləri inkar edildikdən sonra nevropatoloq xəstəyə provokasiya edici testləri keçməlidi.

Klinikanın və bu testlərin müsbət olması xəstəliyə şübhə yaradır, əmin olub diaqnoz qoymaq üçün EMQ  və damarların da sıxılması olduğu üçün doppler edilir. Ancaq onu da deyimki sinir və damarların sıxılması həmişə eyni vaxtda olmur, yəni ikisindən biri də sıxıla bilər.

Müalicəsi dərman, fizioterapevtik, idman hərəkətlərindən ibarətdi, bununla da bir nəticə alınmasa cərrahi əməliyyat (1-ci qabırğanın çıxarılması) olunur.

Dr. Şəfəq Əliyeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...