TONZİLİT

Tonzillit damaq badamcıqlarının iltihabıdır. Artıq ət dediyiniz bu badamcıqlar əslində orqanizmdə çox mühüm əhəmiyyət kəsb edir.

Badamcıqlar immun sistemin bir hissəsi olub mikrob və viruslara qarşı mübarizə aparır. Bu zaman onun ölçüsü böyüyür şişir və qızarır, hətta üzərində irinli ərp ola bilir. Kəskin tonzilliti həm mikrob həm viruslar hətta göbələklər de törədə bilir.

Lakin angina o zaman deyilir ki, badamcıqlarının iltihabını məhz betta hemolitik streptokokk adlanan mikrob törədir. Bu zaman uşaqda hərarət 38-40 dərəcəyə qədər yüksələ bilər. Bu zaman bəzi valideynlər türkəçarə edərək bir neçə günə uşaqda temperaturun enməsinə nail olurlar.

loading...

Əslində isə anginalar tam həkim müayinəsi ilə müalicə olunmalıdır. Əks halda bir neçə vaxtdan sonra streptokokk badamcıqlardan qana daxil olaraq dövr edir və ürək, böyrək oynaqlarda ciddi zədələnmələr törədir. Revmatizm kimi ciddi bir xəstəlik məhz keçirilmiş və düzgün müalicə olunmamış anginadan sonra yaranır.

Eləcə də streptokokkun toksinləri (ifraz etdiyi zərərli maddələr) bütün orqanlara mənfi təsir edərək uşağın orqanizminə ciddi zərbə vurur.

Dr. Aidə Rəşidova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...