TİROİD VƏ HAMİLƏLİK

Hamiləlik vaxtı yaşanan tiroid vəzi xəstəlikləri, uşaqda əqli zəifliyə, uşağın düşmə və ya ana bətnində ölümə səbəb ola biləcəyi kimi, anaların da həyatını təhlükəyə ata bilər.

Hipotiroidizm uşağın inkişafına ciddi təsir edir:

Hamiləliyin ikinci trimestrində (ikinci 3 ay) uşağın beyni inkişafa başlayır. Bu səbəblə, hamiləliyin ikinci 3 aylıq dönəmində görünən hipotiroidizm uşağın beynində geridönməz pozğunluqlara səbəb ola bilər. İkinci trimestrdə görülən hipotiroidizm müalicə olunmazsa, uşaqlarda İQ səviyyəsinin çox aşağı olması ilə nəticələnir.

loading...

Hipertiroidi uşağın düşmə riskini artırır:

Hipertiroidizmin hamiləliyin erkən vaxtlarında üzə çıxması, uşağın düşməsinə və ya ana bətnində ölümünə səbəb ola biləcəyi kimi, hamiləliyin gec vaxtlarında (son trimestr) üzə çıxması da ananın həyatını təhlükəyə ata bilər.

Profilaktika:

Hamiləlik planlayan qadınlar və xüsusilə anamnezində tiroid vəzi xəstəlikləri olan qadınlar hamiləlikdən öncə endokrinoloq və ya daxili xəstəliklər mütəxəssisinin müayinəsində olmalı və tiroid vəzinin normal funksiyası dəyərləndirilməlidir.

Dr. Natavan Məmmədova

loading...

Bunuda oxu...