TİREOİD KİSTASI

Tiroid xərçəngiTireoid kistası boynun alt hissəsində yerləşən içərisində maye olan törəmələrdir. Adətən xoşxassəli olduğu üçün heç bir əlaməti olmaz.

Tireoid kistası əsasən heç bir əlamət vermədiyi üçün həkim tərəfindən təkrarlanan müayinələr zamanı aşkar edilir. Bəzi insanlarda böyük ölçülü kistanın yaranması nəticəsində udmanın və nəfəsalmanın çətinləşməsi kimi əlamətlər yaranır.

Tireoid kistasının əmələ gəlmə səbəbləri:

loading...

Yod çatışmazlığı;

Tireoiditlər;

Hormonal dəyişikliklər;

Qalxanabənzər vəzin travması;

İrsi faktorlar.

Əksər hallarda tireoid kistasının dəqiq yaranma səbəbi bilinmir. Tireoid kistalarının fərqli növləri var.

Bunlar aşağıdakılardır:

Kolloid kista: Bu növ mayenin kista daxilində toplanması nəticəsində yaranır. Kolloid kistalar xoşxassəlidir.

İltihab ilə əlaqədar yaranan kista: Tireoid vəzində xroniki olaraq uzun müddətli iltihab nəticəsində ortaya çıxır.

Düyünün parçalanması nəticəsində (əsasən destruktiv düyünlərdə) maye toplanır və ya qalxanabənzər vəzin systadenomaları ola bilər. Bu zaman tam müayinə olunmalı, çünki mayeli düyünlərdə xərçəng hüceyrələri olma ehtimalı var.

Kista aşkarlandıqda dinamikada izləmək lazımdır və 6 aydan bir ultrasəs müayinəsindən (USM) keçmək tövsiyyə olunur.

Dr. Arzu Əyyubova

loading...

Bunuda oxu...