TİREOİD DÜYÜNLƏRİNİN 3 RİSKİ

TİREOİDTireoid vəzinin böyüməsi və nəzərə çarpan hala gəlməsi xalq arasında “guatr” (zob) adlanır.

Tireoid vəzində düyünün olması tireoid düyünü, tireoid vəzinin həm iri həm də düyünlü olması düyünlü zob (ur), həm iri həm də birdən çox düyünün olması isə diffuz çoxdüyünlü zobun olduğunu göstərir.

Nodülərin yaratdığı 3 risk faktoru:

loading...

Xərçəng daşıma riski;

Sərbəst şəklidə çalışaraq həddindən çox hormon istehsalı nəticəsində hipertireoidin yaranma riski;

Böyük olanların nəfəs borusuna, qida borusuna təzyiq etmə riski.

Xərçəng riski varsa

Tireoid nodüllərin 5%-də xərçəngdən şübhələnilir.

Əllə müayinədən sonra ən əhəmiyyətli müayinələrdən olan “tireoid ultrasəs” müayinəsi olunur. Düyün konturlarının kələ-kötür olması, kalsinatların meydana gəlməsi və həddindən artıq qanlanma, xərçəng riski baxımıdan olduqca şübhəli meyarların olması halında ‘incə iynə aspirasyonu biopsiyası’ etmək lazımdır. İncə iynə aspirasyonu biopsiyasının nəticəsinə görə xərçəng və ya xərçəng şübhəsi yaradan bütün düyünlərin əməliyyat edilməsi lazımdır.

Təzyiq etmə riski

Düyünün təsiri ilə nəfəs borusuna təzyiq göstərən iri düyünlü insanlarda xərçəng şübhəsi olduqda əməliyyat edilməsi məsləhət görülür. Xəstədə tireoid hormonları normaldırsa cərrahi əməliyyat edilə bilər. Ancaq iri nodüllə birlikdə hormon ifrazı çoxdursa əvvəl dərman müalicəsi ilə hormon dəyərləri normaya salınır, sonra cərrahi əməliyyat icra edilir.

Həddindən artıq hormon ifrazı varsa…

İnsanda düyün həddindən artıq çalışırsa , bunu T4 və TSH qan analizii ilə sübut etmək və sintiqrafiya ilə düyünün isti düyün olduğunu aşkar etmək lazımdır. İsti düyünlərdə ümumiyyətlə xərçəng riski yoxdur və nazik iynə biopsiyasına ehtiyacı yoxdur. İsti düyünlər aşkarladıqda radioaktiv yod və ya cərrahi müalicə təyin olunur. Müalicənin növünü həkim endokrinoloq müəyyən edir.

Dr. Arzu Əyyubova

loading...

Bunuda oxu...