TİBBİ VANNALAR

Tibbi vannalarTibbi vannalar gigiyenik, müalicə və profilaktika məqsədilə tətbiq edilən su proseduralarıdır. Ümumi vannalarda bütün bədəni, yerli vannalarda bədənin bir hissəsini suya salırlar.

Yarımvannalarda bədənin aşağı hissəsi belə qədər suya girir; oturmuş vəziyyətdə qəbul edilən vannalarda çanaq – qarının aşağı hissəsi və budların yuxarı hissəsi suya girir, lakin qıçlar bayırda qalır.

Temperatura görə vannalar soyuq (20°S-dən aşağı), sərin (30°S-yə qədər), indifferent (34-36°S), ilıq (38°S-yə qədər), isti (39°S-dən yuxarı) vannalara bölünür. Vannaların müddəti adətən 15 dəqiqədən 20 dəqiqəyə qədərdir. Suyun tərkibinə görə vannalar şirin sulu, ətirli, dərmanlı, mineral və qazlı ola bilər.

loading...

Vannanın təsir mexanizmi dəriyə temperatur, mexaniki və kimyəvi qıcıqların təsirindən ibarətdir. Vanna otağında temperatur azı 25°S olmalıdır, nəfəsliklər örtülməli, otaq yel çəkməməlidir. Xəstəni vannaya elə oturtmaq lazımdır ki, kürəyini vannaya söykəsin və qıçlarını vannamn о biri tərəfmə dirəsin.

Xəstənin ayaqlan vannanm о biri tərəfınə çatmırsa sürüşməməsi üçün ayaqlarının altına taxta parçası və ya başqa bir şey qoyurlar. Xəstə istər müalicə məqsədilə, istərsə də gigiyenik vanna qəbul etdikdə, onu tək qoymaq olmaz. Xəstənin rəngi qaçırsa, başı hərlənərsə, yaxud о get-gedə huşunu itirərsə onu dərhal vannadan çıxarmaq lazımdır.

Gigiyenik vanna dərini mexaniki sürətdə təmizləmək üçün şirin su ilə aparılan sanitariya təmizliyi üsullarmdan biridir. Adətən, suyım temperaturu 36-38°S, vannanm müddəti 20-30 dəqiqə olur.

Vannanı yavaş-yavaş soyuq su ilə və üstünə qaynar su tökərək yarıya qədər doldururlar, belə etdikdə otaqda buxar olmur. Sonra taxta qasnaqlı xüsusi termometrlə suyu qanşdırıb termometri sudan çıxarmadan temperaturunu ölçürlər. Xəstəni vannaya ehtiyatla salır və onu elə tuturlar ki, bədənin 2/3 hissəsi suda qalsın. Ürək nahiyəsi sudan kənarda qalmalıdır.

Qısamüddətli soyuq vannalar bədənin tonusunu qaldırır, sinir və ürək-damar sisteminin işini yaxşılaşdırır, maddələr mübadiləsini artırır. İlıq vannalar xəstəni sakitləşdirir, damarların tonusunu qaydaya salır, yuxunu yaxşılaşdıır. İsti vannalar maddələr mübadiləsini artırır, tər ifrazını gücləndirir.

Tibb bacısının məlumat kitabı — B.: «Çıraq» 2008.

loading...

Bunuda oxu...