TİBB ETİKASI

Tibb etikası, tibbi deontologiya, – “Tətbiqi etika” bölməsinin bir hissəsi olub intizam, tibb etikası, tibb işçilərinin həmkarları və xəstələr ilə qarşılıqlı əlaqə qaydalarının normativlərını öyrənir.

Belə hesab edilir ki, tibbi etikanın əsas prinsipləri hələ bizim eradan əvvəl Hipokrat tərəfindən qoyulmuşdur.(Hipokrat Andı). Bir şəxsin başqa bir insana və (və ya) cəmiyyətə qarşı olan vəzifələrini öyrənən etika hissəsinə deontolologiya deyilir ki, bu da yunanca δέον – müvafiq , uyğun, Λόγος – tədris, elm sözlərindən götürülmüşdür.

Tibbi deontologiya – xəstələrin bərpası üçün ən əlverişli mühitin yaradılmasına yardım edən və tibb işçilərinin düzgün davranışları barədə tədrisdir. Əvvəllər həkim etikası adlanan termin 1944-cü ildə cərrah N.N Petrov tərəfindən “tibbi deontologiya” ilə əvəz edildir.

loading...

Beləliklə nəzəri olaraq tibbi etikanın təməli tibb işçilərinin davranışları ilə özünü büruzə verən, etik normaların və tibbi deontologiyanın prinsiplərinin praktiki təzahürü olur.

Deontalogiya tədqiqatlarının həcmi adi etika qaydalarının həcmindən qat-qat böyükdür, çünki burda söhbət şəxsi və mənəvi etik qaydalardan deyil, həkimin xəstə və onun qohumları ilə münasibətindən , həkim-cəmiyyət, eləcə də həkim-həkim, həkim- tibb işçiləri ilə münasibətlərindən gedir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...