TEZ YAŞLANMA ƏLEYHİNƏ MƏSLƏHƏTLƏR

KişiYaşınızdan daha tez qocalırsınız? Əgər siz güzgüdə gördüyünüz simanızdan məmnun deyilsinizsə, deməli gündəlik rejiminizi nəzərdən keçirməlisiniz. Yediyiniz qidalar və yuxu rejiminiz tez qocalmaya və ömürün qısalmasına təsir edə bilər. Ekspertlər daha tez yaşlanmanıza səbəb olan ümumi vərdişlər  və onların necə dəyişilməsi haqqında məsləhətlər verir.

Nadir hallarda desertdən imtina edirsiniz

Şirniyyat çəkinizi artırmaqla yanaşı, simanızın da tez qocalmasına təsir edir. Daxildə şəkər molekulları bizim hər bir hüceyrəmizdəki protein liflərini özünə birləşdirir. Bu göz altlarında qara dairələrin əmələ gəlməsi, tonun itməsi, şişkinlik, qırışların çoxalması, üz konturlarının itməsi və məsamələrin sayının artması ilə nəticələnə bilər.

loading...

Gecələr 5 saatdan çox yatmaqla daha az yaşlana bilərsiniz

Yuxu pozğunluğu nəinki gözlərinizin altında qara boşluqlara səbəb olur, hətta sizin ömrünüzü daha da qısaldır. Gün ərzində 8 saat yatmaq ən uyğunudur. Əgər sizin gündəlik eneji çatışmazlığınız, zehni yorğunluğunuz, diqqət problemləriniz və ya artıq çəki problemləriniz varsa, erkən yatın.

Televiziya proqramlarını izləməyi sevirsiniz

Araşdırma aşkar edib ki, televiziya qarşısında keçirdiyiniz hər bir saat ömrünüzdən 22 dəqiqə alır. Bundan əlavə, günün 6 saatını televizor qarşısında keçirən insanlar digər insanlara nisbətən 5 il daha az yaşayırlar. Bu televizor izləməkdən çox sizin oturaq və fəaliyyətsiz qalmanızın mənfi təsirləridir. Siz 30 dəqiqədən artıq oturduqda bədəninizdəki şəkər hüceyrələrinizə dolmağa başlıyır və bu da artıq çəki problemini yaradır.

Günün çoxunu oturaraq keçirirsiniz

Oturaq həyat tərzinin zərərəri yaxşı sənədləşdirilib. Günün çox hissəsini oturaraq keçirən insanlarda böyrək xəstəlikləri, ürəl-damar xəstəlikləri və xərçəng riski daha çoxdur, artıq çəkini isə hec xatırlatmıram.

Hələdə göz kremlərindən istifadə etmirsiniz?

Gözlərinizin ətrafındakı dəri üzünüzün digər hissələri ilə müqayisədə daha nazikdir və yaşlanmanı tez bəlli edir. Göz ətraflarını nəm saxlamaq üzünüzü daha gec yaşlandırar. Göz kremləri A vitamini ilə zəngindir. Digər vacib amillərə gözlərin ətafını nəm saxlayan yumşaldıcı və nəmləndiricilər, antioksidantlar, hialuron turşusu və C vitamini daxildir. Bunlar kolleganın və elastinin formalaşmasına kömək edir, dərini möhkəmləndirir və göz ərtaflarındakı qırışları azaldır.

Həddən artıq kosmetikadan istifadə edirsiniz

Metallik göz kölgəsindən başqa, artıq dərəcədə kosmetikadan istifadə etmək üz dərinizi daha tez yaşlaşdırır. Çox kosmetikadan istifadə etmək, xüsusilədə yağ tərkibli kosmetikadan üzünüzdə məsamələrin yaranmasına və onların yayılmasına səbəb olur. Bundan əlavə tərkibi kimyəvi maddələrdən və spirtdən ibarət olan dəri məhsullardan istifadə etmək dərinin qurumasına, təbii yağının yoxa çıxması və qırışların əmələ gəlməsinə səbəb olur.

Üzünüzü yastığa söykəyib yatırsınız

Mədənin üzərində və üzünüzü yastığa söykəyib yatmaq üzünüzdə qırışların əmələ gəlməsinə və tez yaşlanmanıza səbəb olur. Üzünüzdəki hüceyrələr və kollagenlər yaşlanmə prosesinə qarşı daha zəif və dəstəksiz olur. Beləliklə, siz hər dəfə eyni istiqamətdə yatdıqda üzünüzün dərisi hamarlaşmayacaq.

Evinizi isti saxlayırsınız

Hava soyuq olduqda evi isti saxlamaq üçün içəridə qızdırıcını yandırırıq. Ancaq kaminin  və ya termostatın yanması havanı rütubətli edir. Buda dərinin quruması və tez yaşlanmanıza səbəb olur. Alternativ kimi radiatorun üstünə nəm dəsmal qoymaq və ya otaqda rütubətin qarşısını almaq üçün soyuq suyu qaynatmaq məsləhət görülür.

Çöplü içkilərdən  istifadə edirsiniz

Tünd rəngli içkiləri çöplə içmək dişlərinizi ləkələnməkdən qoruyur, lakin sonda bu gözlərinizin və ağzınızın ərtafında qırışlarn əmələ gəlməsinə səbəb olur. Bu həmçinin siqaret çəkən zaman da baş verir. İçkilərinizi içki şüşələrinə süzün və qırışların qarşısını alın.

loading...

Bunuda oxu...