TEZ TEZ MASTURBASİYA ETMƏYİN NƏTİCƏSİ

MasturbasiyaYeniyetmə və gənc oğlanların cinsi spektrdə narahat edən ən qlobal problemdir. Praktik olaraq butun oğlanların və faiz etibarı ilə qızların çoxunun seksual böyüməsində öz-özünü həzzə çatdırmaq əsas funksiya daşıyır. Bu hal yetişməkdə olan orqanizmdə intim yaxınlıq etmək arzusu yaranmağa başlayandan sonra olur.

Çox hallarda bu istək cinsi hormonların yüksək səviyyədə ifraz olunmasına birbaşa bağlı olaraq çox güclü olur. Amma əks cinslə seksual əlaqəyə girmək imkanı məhdud olduqda məcburən çıxış yolu onanizmdə tapılır.

11-15 yaş arasında bu hal mənəvi-etik normalara söykənsə də, 16 yaşdan sonra cinsi tərəfdaşın tapılmasındakı çətinliklərə bağlıdır. Masturbasiya halları yaşa dolduqcada da ola bilir. Bu kənara çıxma hal kimi qəbul edilir. Başqa sözlə ümümi qəbul olunmuş seksual normalara uymur.

loading...

İnsanları narahat edən digər sual masturbasiya ilə hansı tezlikdə məşğul olmaq olar sualıdır. Birmənalı cavab yoxdur. Mütəxəssislər hesab edir ki, əgər orqanizmin ehtiyacı varsa bu ehtiyac qarşılanmalıdır. İmtina etməyə xüsusi səbəb yoxdur. Digər tərəfdən masturbasiya etmək adət halını ala bilər. Hətta manyakal ideyaların formalaşmasına aparacaq qədər təhlükəli ola bilər.

Elmdə seksual kənaraçıxma kimi dəyərləndirilir. Amma cinsi həyat qaydasına duşdükdən sonra bu hal tam keçib getməlidir. Bu problemin həm də gigiyenik aspekti önəmlidir. Həm kişidə həm qadında cinsi orqan çox incə və həssas orqan olub, onların əllə və ya digər predmetlə kontaktı mexanik zədələnməyə səbəb ola bilir. Bundan başqa bu orqanlara infeksiya salınması riski var. Bu isə iltihabi prossesə səbəb olub ən pis halda hospitalizasiya ilə nəticələnir.

Cinsi yetişkənlik dövründə və erkən gənc yaşlarda masturbasiya geridönə biləcək iz buraxsa da, daha sonraki yaş periodunda masturbasiya ilə məşğul olmaq heç də həmişə geriyə dönə biləcək iz qoymur.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...