TESTESTERON

Kişilər üçün testesteronun əhəmiyyəti haqqında çoxlu danışılıb və deyilib. Onun hansı üsullarla artırmaq və ya necə normada saxlamaq haqqda demək istərdim.

Amerikanın Beylor unversitetinde aparılan tədqiqatlar göstərmişdir ki fiziki işdən sonra 48 saat ərzində testesteron qanda yüksək səviyyədə qalır, yəni nə qədər çox fiziki iş görsəniz bir o qədər testesteronunuz yüksək olacaq. Bunun üçün ən sadə hərəkətlər jim etmək, oturub durmaq və vaxt olsa fitnes kluba gətmək lazımdır. Sözün qısası əzələləriniz işdən yorulmalıdır

Sevimli idman komandasının oyunlarına baxın. Futbol, basketbol, xokkey və s. sevimli komandanızın qalib gəlməsi testesteronun miqdarını 20% artırır, uduzması isə bir o qədər azaldır. Amerika Yuta unversitetinin nəticəsinə əsasən.

loading...

Journal Of Applied Physiology jurnalında tədqiqatların nəticələri haqqında məqalədə deyilir balıq, dəniz məhsulları, avokado, araxis günəbaxan tumları yeyən kişilərdə testesteron həmişə normal səviyyədə olur çünki bu məhsulların tərkibində Omeqa-3 və digər xeyirli yağlar E vitamini vardır.

Yumurta yeyin, onun tərkibində xeyirli xolesterin, HDL var. Ondan testesteron istehsal olunur. Bundan əlavə yumurta Zn və zulal ilə zəngindir.

Həddindən artıq məşqlər və fiziki iş stress hormonu olan kortizolun artmasına səbəb olur. Kortizol isə öz növbəsində testesteronun miqdarını azaldır. Çox ağır fiziki iş görmək məsləhət deyil.

7 saatdan az gecə yuxusu və ya yuxusuzluq sapototropinin miqdarını azaltmaqla testesteronun miqdarını 30 %  kimi endirir.

Rokfeller universetinin Nyu-York-dakı xəstəxanasında aparılan tədqiqatlarda müəyyən olunub ki, kələmin tərkibində testesteronu artıran maddə var bu maddə həm də kişilərdə estrogeni 50% azaldır

Günəş vannaları testesteronu artırır.

Dr. Termur Məmmədov

loading...

Bunuda oxu...