TEST – HƏYATINIZDAN NƏ QƏDƏR RAZISINIZ?

Bu sualın cavabını növbəti testin köməkliyi ilə təyin edin.  Aşağıdakı sualları cavablandırın və sonda nəticəyə baxın.

1) Başqaları sizdən yaxşı geyinirmi?

2) Siz başqa evdə yaşamaq istərdinizmi?

loading...

3) Başqa bir işdə işləmək istərdinizmi?

4) Haçansa başqasının əvəzinə özünüzü göstərərdinizmi?

5) Həyatda etdiyiniz işlərlə fəxr edirsinizmi?

6) Siz partnyornuzla yola gedirsinizmi?

7) Sizin dostlarınızla münasibətiniz hər zaman yaxşıdırmı?

8) Siz öz qohumlarınızla dil tapa bilirsinizmi?

9) Siz seksual həyatınızdan razısınızmı?

10) Sizin görkəminiz xoşunuza gəlirmi?

11) Yaxşı yatırsınızmı?

12) Siz tez-tez ümidsizliyə qapanıb, əsəbləşirsiniz?

13) Aktiv olmaq xoşunuza gəlirmi?

14) Siz asanlıqla rahatlanırsınız?

15) Taleyin sizə qarşı ədalətsiz olmağını düşünürsünüzmü?

1-4, 12, 15 suallarına mənfi cavab 1 xalla, 5-11, 13, 14 suallarına işə müsbət cavab 1 xalla hesablanacaq. Ballarınızı hesablayıb nəticəyə baxın.

9 bal və çox: Siz heyatinizdan çox razısınız. Bəzi şeyləri dəyişdirmək istəyiniz çox təbiidir, amma buna baxmayaraq ümumiyyətlə siz malik olduqlarınızla memnun və xoşbəxtsiniz.

4-8 bal: Siz əsasən razısınız, lakin bir çox şey var ki, siz onları dəyişdirmək imkanına malik olmaq istərdiniz.

3 bal və aşağı: Siz şübhəsiz narazısınız. Bir çox şeylər mövcuddurki, siz onları dəyişdirmək istərdiniz. Həyat tərzinizdə az şeylər razılıq yaradır.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...