TERMOMETRİYA NƏDİR

Sağlam adamda bədənin temperaturu sabit olub səhər və axşam temperaturları arasında fərq az olur (36 – 37° S). Səhərlər temperatur dərəcənin onda bir hissəsi qədər aşağı, axşam isə bir о qədər yuxarı olur. Belə hesab edilir ki, temperatur 37° S – dən yuxarı qalxmamalıdır, fərq isə 0,3° ilə 1° arasında olur. Temperaturun bu cür sabitliyi istliyin əmələ gəlməsi ilə verilməsi proseslərindən asılıdır.

Uşaqlarda bədənin temperaturu bir qədər yuxarı, yaşlı adamlarda isə bir qədər aşağı olur. Düzbağırsaqda və uşaqlıq yolunda temperatur qoltuq və qasıq nahiyələrində olduğundan 1° yüksək olur.

Bədənin temperaturunun dəyişməsi və qalxıb enməsi, xüsusilə onun qalxması hər hansı bir xəstəliyin başlanmasını göstərir.

loading...

Uşaqların temperaturunu qasıq büküşündə ölçürlər. Bunun üçün uşağın qıçlrını çanaq-bud oynağında qatlayıb əmələ gələn büküşə termometri qoyurlar.

Stasionarda bədənin temperaturunu sutkada iki dəfə ölçürlər: səhər saat 6 ilə 8 arasıda və gündüz saat 16 ilə 18 arasında. Bu vaxt xəstə uzanmalı, yaxud oturmalıdır.

Həmin saatlarda maksimal və minimal temperaturu bilmək olar. Sutkalıq temperaturu daha dəqiq bilmək lazım gəldikdə temperaturu hər 2 — 3 saatdan bir ölçmək olar.

loading...

Bunuda oxu...