TƏXƏYYÜL NƏDİR

MusiqiKeçmiş qavrayış materiallarının yenidən işlənməsi əsasında yeni surətlərin yaradılmasından ibarət olan psixi prosesə təxəyyül deyilir.

Təxəyyül digər idrak proseslərindən bu xüsusiyyətlərinə görə fərqlənir.

  1. Keçmiş qavrayış materialının olması.
  2. Materialın yenidən işlənməsi.
  3. Bu əsasda yeni surətin yaradılması.

Eksperimental surətdə aydınlaşdırılmışdır ki, insanda hipotalamik-limbik sistem zədələndikdə, psixikada xarakterik pozğunluqlar baş verə bilər. Əgər belə xəstəyə alınacaq şeylərin siyahısını verib mağazaya göndərsək, o tapşırığı olduqca gərəkli səviyyədə yerinə yetirəcək, lakin alınan əşyalarla nə etmək lazım olduğunu başa düşə bilməyəcək.

loading...

Belə xəstələr hər hansı bir işin sadə planını belə müəyyən etmək, onların nəticəsini qabaqcadan gönnək iqtidarına malik deyildirlər. Davranışın ən adi, lakin ola bilər ki, eyni zamanda ən mühüm rolu isə elə davranış planının, işlənilməsindən ibarətdir.

Təxəyyül surətləri yaradan insan beyni orqanizmin periferik hissələrinə tənzimedici təsir göstərir, onlann fəaliyyət prosesini dəyişir. Hələ orta əsrlərdə qeyri-adi bir fakt məlum idi: əsasən sinir pozuqluğu (isteriya) xəstəliyi olan bəzi insanlar İsa peyğəmbərin çarmıxa çəkildiyi əzablar haqqında düşündükdən sonra onların ovuclarının içərisində və ayaqlarının pəncələrində qançır və hətta yara şəklində çarmıx əlamətləri əmələ gəlirdi. Belə əlamətlər stiqmatlar (yunan dilində stiqma “yara yeri” deməkdir) adlanırdı.

Təxəyyülün fizioloji əsasını beyin yarımkürələri qabığının fəaliyyəti, talamus, hipotalamus və limbik sistem təşkil edir.

Təxəyyül prosesində insan xarici aləmdə bilavasitə olmayan yeni surətlər yaradır. Lakin insan təxəyyül prosesində nə qədər yeni surətlər yaratsa da, heç bir şeyi özündən uydurmur, yeni surətin ayrı-ayrı əlamət və ünsürlərini ancaq həyatdan götürür. Təxəyyül surətlərinin keyfiyyəti, ilk öncə insanın təsəvvür ehtiyatının, bilik təcrübəsinin zəngin, çoxcəhətli olmasından asılıdır. Onlar nə qədər əhatəli olsa təxəyyüldə yeni surətlər yaratmaq üçün də gərəkli material çox olar.

Təxəyyülün növləri

Passiv təxəyyül prosesində surətlərin yaradılması ətraf mühiti dəyişdirməyə yönəlmiş yaradıcı fəaliyyət kimi özünü göstərmir. İnsan reallıqdan uzaq olan surətlər yaradır. Bu halda insan fantastik təsəvvürlər aləminə qapılır, özünün çətin vəzifələrini həyata keçirmək üçün sanki təxəyyülünün yaratdığı surətlərin arxasında gizlənir. Bu cür təxəyyül növü passiv təxəyyül adlanır.

Passiv təxəyyül özü də iki növə, niyyətli yə niyyətsiz təxəyyül növlərinə ayrılır. Yuxarıdakı misalda verdiyimiz təxəyyül prosesi niyyətli passiv təxəyyül prosesidir.

Niyyətli şəkildə gedən təxəyyül prosesində həyatda olmayan surətlər yaradılırsa, buna xülya deyilir.

Xoş, sevincli xülyaya qapılmaq hər kəsə xas olan bir cəhətdir. Xülya obrazları ilə insanın tələbatları arasında bir başa rabitə, əlaqə var. Bu cəhət insanın mənfi cəhəti olub, onu passivləşdirən, fəaliyyətinə əngəl olan bir cəhətdir.

Passiv təxəyyülün niyyətsiz növü şüurun, insanda ikinci siqnal sisteminin fəaliyyəti zəiflədiyi zaman baş verir. Məsələn, siz sərin otaqda yatmısmız və üstünüzü qalın yorğanla örtmüsünüz. Gecə sizin əliniz ya da ayağınız yorğandan kənara çıxır. Bu zaman soyuğu hiss edirsiniz. Bu duyğu sizdə təxəyyül prosesinin əmələ gəlməsinə səbəb olur və yuxu görürsünüz. Görürsünüz ki, qarın üstündə ayaqyalın gəzirsiniz, soyuqdan gizlənməyə çalışırsınız və s. Bütün röya obrazları niyyətsiz passiv təxəyyül fəaliyyətinin nəticəsi kimi özünü göstərir.

Passiv təxəyyülün ifrat halı rövadır. Röya zamanı surətlər niyyətimizdən asılı olmayaraq əmələ gəlir, öz-özünə dəyişir və gözlənilməyən qəribə, bəzən tamamilə mənasız birləşmələr əmələ gətirir.

Fəal təxəyyül həmişə niyyətli xarakterə malik olub, bərogedici və yaradıcı təxəyyül növlərinə bölünür.

Bərogedici təxəvvül təsvirə, sxemə əsasən surətlərin yaradılması prosesidir. Mövcud olmuş, yaxud mövcud olan, lakin bizim tərəfimizdən heç zaman birbaşa qavranılmamış obyektlərin təsvirə əsasən surətlərinin yaradılmasına bərpaedici təxəyyül deyilir. Məsələn, bədii əsərlərdə təbiət təsvirlərinə aid parçaları oxuyarkən təxəyyülümüzdə bizim heç vaxt olmadığımız bir yerin, ərazinin obrazı yaranır.

Şagird tarix, coğrafiya fənləri ilə bağlı materialları öyrənərkən, dərslikdə verilən təsvirlərə əsasən, müxtəlif coğrafi əraziləri, tarixdə baş verən döyüş səhnələrini, onların obrazlarını təxəyyülündə yaradır. Bütün bunlar da öz növbəsində təlim materialının mənimsənilməsində, uzun müddət yadda saxlanılmasında çox böyük önəm daşıyır. Təxəyyülün bu növü təlim fəaliyyətində böyük önəm daşıyır.

Yaradıcı təxəvvül fəaliyyətin tərkib hissəsini təşkil edən  yeni surətlərin yaradılmasıdır. Yaradıcı təxəyyül heç bir sxemə, təsvirə əsaslanmadan, müstəqil olaraq yeni surətlərin yaradılmasından ibarətdir. Bəzən yanlış olaraq yaradıcı təxəyyüllə, yəni yeni obrazların yaradılması prosesi ilə yaradıcılıq deyilən fəaliyyət prosesini eyniləşdirirlər. Təbii ki, insanın yaradıcılıq fəaliyyəti yaradıcı təxəyyüllə çox bağlıdır. Lakin bunlar eyniləşə bilməz.

Xəval yaradıcı təxəyyülün forması hesab edilir. Xəyal arzu edilən gələcəyə yönəlmiş obrazların yaradılması prosesidir. Xəyal xülya deyil. Xəyalı xülyadan ayıran odur ki, xəyal əsasən real, həyata keçirilməsi mümkün olan surətlərin yaradılması prosesidir. Xəyal insanın fəallığının çox qüvvətli stimullarından biridir.

Xəyal insana fəaliyyətində güc, qüvvə verir. Xüsusilə gənclərin, məktəblilərin gələcək peşələri, həyat mövqeləri haqqındakı xəyalları onları yaxşı oxumağa, çalışmağa, özlərinin təhsil fəaliyyətlərinə daha ciddi yanaşmağa sövq edir. Bütün bu cəhətlərinə görə xəyal insanı passivləşdirən xülyadan fərqlənir. Xəyal insanın reallaşa bilən, yaxud reallaşması mümkün olan fantaziyasıdır. Xəyal insanın fəaliyyətinin təhrikedici səbəbi, motivi kimi, meydana çıxır. Elə bu baxımdan demək olar ki, insan əli ilə düzəldilmiş hər şey maddiləşmiş, həyata keçirilmiş insan xəyalıdır.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...