TƏRLƏMƏYƏ QARŞI TƏBİİ VASİTƏLƏR

Bəzi insanlar üçün tərləmə böyük problemdir. Əsasənda isti havada tərləmə ciddi problemə çevrilir. Bu səbəbdən diqqətinizə tərləməyə qarşı, xalq təbabətində populyar, bir neçə vasitəni çatdırırıq.

Palıd qabığı dəmləməsi

Bir xörək qaşığı palıd qabığını bir stəkan qaynar suda dənləyin. Duş qəbul etdikdən sonra dəmləməni bədəninizin ən çox tərləyən hissələrinə çəkin. Həmçinin dəmləmədən ayaq vannaları üçündə istifadə etmək mümkündür.

loading...

Alma sirkəsi

Alma silkəsinidə, palıd qabığı dəmləməsi kimi, duş qəbul etikdən sonra bədəninizin ən çox tərləyən hissələrinə çəkin.

Zəy

Bir çay qaşığı zəyi 1/2 stəkan suda qarışdırın və duş qəbul etdikdən sonra bədəninizin ən çox tərləyən hissələrinə çəkin. Ayaq vannalarıda qəbul etmək faydalıdır.  Belə vanna pis qoxunu məhv edəcək və ayaqların tərləməsinin qarşısını alacaq. Əgər ayaqlarınız həddən artıq tərləyirsə, evdən çıxdıqda zəy tozunu corablarınıza tökün.

Kosmetik gil

Kosmetik gildə yetərincə effektivdir. Ağ, mavi yaxud yaşıl gili suda qarışdırın və bədəninizin ən problemli, çox tərləyən, hissələrinə çəkin. Yarımasaat sonra dərinizi yaxşı yuyun.

loading...

Bunuda oxu...