TƏRLƏMƏ

İsti havada ən çox narahatlıq yaradan problemlərdən biri olan tərləmə zamanı tər vəziləri qanı təmizləyir və bədənin hərarətini normal saxlayır.

Normal bir insanın orqanizmində bir milyona yaxın tər vəzisi vardır ki, bu vəzilər orqanizmdəki ziyanlı maddələrin xaric olunmasında aktiv olurlar. Lakin həddən artıq tərləmə orqanizmdə hər hansı pozulmanın əlaməti ola bilər:

Normadan artıq intensivlikdə tərlədikdə;

loading...

Tərləmə gündəlik normal iş fəaliyyətiniz və həyatınıza mane olduqda;

Tərləmə ilə yanaşı hərarətiniz yüksəldikdə;

Gecələr səbəbsiz tərlədikdə;

Tərləmə ilə yanaşı bədən çəkiniz səbəbsiz azaldıqda;

Təngnəfəslik və ürək döyüntüləriniz artdıqda;

Tərlədikdə bədəninizdən xoşagəlməz qoxu gəldikdə həkimə müraciət etməyinizi məsləhət görürük.

Güclü tərləmənin qarşısını almaq üçün:

Bədənin soyuması və tərləmənin azalması üçün isti havalarda tez-tez ilıq duş qəbul edin.

İstiotlu, duzlu, çox isti qidalar qəbul etməyin, isti çay içməyin.

Hava şəraitinə uyğun geyinin.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...