TƏNGİNƏFƏSLİK VƏ NÖVLƏRİ

Tənginəfəslik tənəffüsün çətinləşməsidir. Təngnəfəslik orqanizmin qoruyucu-fizioloji uyğunlaşmasıdır, bu zaman oksigen kəsiri dolur və həddindən artıq yığılmış karbon qazı xaric edilir. Tənginəfəslik zamanı tənəffüs pozulur ki, bu da onun tezliyinin və dərinliyinin dəyişməsi ilə özünü göstərir. Tezləşmiş və seyrək, səthi və dərin tənəffüs vardır.

Sağlam adamda tənginəfəslik böyük fiziki iş zamanı əmələ gələ bilər. Klinik simptom kimi bir sıra xəstəliklərdə tənginəfəsliyin böyük diaqnostik və proqnoz əhəmiyyəti vardır. Klinik əlamətlərindən, əmələgəlmə səbəblərindən və
mexanizmindən asılı olaraq ürək, ağciyər, qarışıq, serebral və hematogen təngnəfəslik ayırd edilir.

Ürək tənginəfəsliyi ürək çatışmamazlığında əvvəlcə fiziki iş gördükdə və yemək yedikdə, sonra isə sakit halda da baş verir. Çox vaxt buna ürək qüsuru və kardiosklerozu olan xəstələrdə təsadüf edilir. Ağciyar təngnəfəsliyi tənəffüs aparatının fəaliyyəti müxtəlif şəkildə pozulduqda, tənəffüs yollarını selikli qişasına zəhərləyici maddələr təsir etdikdə baş verir. Çox vaxt pnevmoniyada, ağciyər emfizemasında, plevritlərdə, ağciyər arteriyasının emboliyasında olur. İnspirator və ekspirator təngnəfəslik ayırd edilir.

loading...

İnspirator tənginəfəslikdə nəfəsalma uzanır və bu səs yarığının reflektor spazmında, ürək astmasında baş verir. Ekspirator təngnəfəslik (nəfəsvermə çətinləşir) – bronx əzələlərinin spazmı nəticəsində (bronxial astmada) xırda bronxlar və bronxiollar daraldıqda baş verir. Ürək-аğciyar (qarışıq) təngnəfəslik bronxial astmanın ağır formalarında və ağciyər emfizemasında olur, buna səbəb ağciyər arteriyasında sklerotik dəyişikliklər, sağ mədəciyin hipertrofiyası və hemodinamikanın pozulmasıdır.

Serebral təngnəfəslik beynin üzvi zədələnmələrində (kəllə travmaları, şişlər, qansızmalar zamanı və s.) hallarda baş verir. Hematogen tangnəfəslik qanda maddələr mübadiləsinin turş məhsulların yığılması ilə əlaqədar olaraq qanın kimyəvi tərkibi dəyişdikdə (diabet koması, uremiya) baş verir, habelə qanazlığında müşahidə edilir. Çox vaxt təngnəfəslik boğulma tutmasına keçir, bu vaxt xəstənin vəziyyəti xeyli ağırlaşır və ona təcili yardım göstərməyə ehtiyac olur.

Tibb bacısının məlumat kitabı — B.: «Çıraq» 2008.

loading...

Bunuda oxu...