TƏNƏFFÜS ÜZVLƏRİNİN XƏSTƏLİKLƏRİ

Tənəffüs orqanlarının xəstəlikləri olan xəstələr adətən təngnəfəslikdən, quru və ya bəlğəm gələn öskürəkdən, qanhayxırmadan, nəfəs aldıqda və öskürdükdə döş qəfəsində ağrılardan, bədənin hərarətinin qalxmasından, titrətmədən, çox tərləmədən şikayət edirlər.

Tənəffüs tezliyi adətən dəqiqədə 16-20-dən çox olur (normada). Tənəffüs orqanlarının xəstəliklərində təngnəfəslik ekspirator və ya qarışıq xarakterdə olur.

Tənəffüs üzvlərinin xəstəliklərində döş qəfəsində ağrılar adətən plevra vərəqlərinin qıcıqlanması ilə əlaqədardır. Xəstə ağrıyan tərəfi üstündə uzandıqda plevra vərəqləri az hərəkət etdiyi üçün ağrı azalır. Xardal yaxması, banka, isti kompres qoymaq lazımdır.

loading...

Ağciyərlərin irinli xəstəliklərində döş qəfəsində birdən-birə ağrılar baş verib xəstənin vəziyyətinin çox pisləşməsi absesin plevra boşluğuna deşilməsi nəticəsi ola bilər. Belə hallarda dərhal həkim köməyi lazımdır. Müxtəlif mikroorqanizmlərin törətdiyi ağciyərlərin bir çox xəstəliklərində (pnevmoniya, plevritlər, abseslər və s.)  xəstəliyin kəskin dövründə yüksək qızdırma olur.

Adətən ağciyərlərin xroniki xəstəliyi zamanı baş verən tənəffüs çatmamazlığının qarşısını almaqda və müalicə etməkdə tənəffüs gimnastikasının böyük əhəmiyyəti vardır.

Hərəkətlərdən məqsəd xəstəyə düzgün və dərindən nəfəs almağı öyrətmək, bütün tənəffüs əzələlərini tənəffüsə cəlb etməkdir. Əsas diqqət uzunmüddətli səlis nəfəsvermənin məşq etdirilməsinə verilir.

loading...

Bunuda oxu...