TƏNƏFFÜS SİSTEMİ

Tənəffüs sistemi, həzm və ifrazat sistemləri kimi, orqanizmin qida mübadiləsində iştirak edir. Bu sistem oksigen alaraq əvəzində karbon qazını buraxır, həzm sistemi və qan damar sistemi ilə sıx rabitədədir.

İnsanın tənəffüs sisteminə qırtlaq, nəfəs borusu-trachea, bronxlar, və ağciyərlər aiddir. Qırtlaq qığırdaqdan təşkil olunub, boyunda yerləşmişdir və yuxarıda udlaq vasitəsi ilə burun və ağız boşluğu ilə birləşir. Beləliklə ağız və burun boşluqları udlaq ilə birlikdə tənəffüs sisteminin təbii qapılarını təşkil edir və yuxarı tənəffüs yolları adı ilə məlumdur.

Ağız və burun boşluqları və udlaq tənəffüsdə iştirak etməkdən əlavə xüsusi vəzifılərdə görür; məsələn: burun boşluğuqoxu, ağız boşluğu və udlaq həzm vəzifəsini ifa edir.

loading...

Qırtlağın ardını nəfəs borusu təşkil edir. Nəfəs borusu yemək borusunun önü ilə aşağı doğru gedərək döş boşluğuna daxil olur və burada iki şaxəyə-sağ və sol bronxlara bölünür. Bronxlar ağciyərlərə daxil olub, orada şaxələnir və nəhayət ağciyər alveollarına keçir. Aldığımız hava ağız boşluğundan, əsnəkdən, xoanalardan udlağa keçir və buradan qirtlaq girəcəyi vasitəsilə qırtlağa və sonra nəfəs borusuna keçir.

Nəfəs borusundan hava bronxlar vasitəsi ilə ağciyərlərdəki alveollara daxil olur. Beləliklə qırtlaq, nəfəs borusu və bronxlar tənəffüs yolu vəzifəsini görür və aşağı tənəffüs yolları adı ilə məlumdur. Qırtlaq tənəffüs yolu vəzifəsində əlavə səs aparatı vəzifəsini də görür; nəfəs verilərkən burda olan səs telləri ehtizaza gəlir və nəticədə səs meydana çıxır.

Ağciyərlər döş boşluğunda yerləşərək xaricdən plevra adlanan seroz qişa  ilə əhatə olunmuşlar. Bu seroz kisələrin arasında divar aralığı – mediastinum adlanan sahə qalır; burada ürək, yemək borusu, bir sıra damarlar, sinirlər, döş qəfəsi limfa axacağı və uşaqlarda timus vəzisi yerləşir.

Ağciyər alveollarına daxil olmuş hava ilə qan kapliyarlarında cərəyan edən qan arasında qazlar mübadiləsi gedir; alveollarda olan havadan oksigen qana keçir, ertrositlərin tərkibində olan hemoqlobinə qarişmış və qanda ərimiş karbon qazı alveollara kecir və nəfəs verilərkən xaricə cixarılır. Beləliklə, qazlar mübadiləsi ağciyərlər tərəfindən ifa edilir.

Qurbanova Xəyalə

loading...

Bunuda oxu...