TƏKAMÜL, İNTELLEKT VƏ İNSTİNKT

Təkamül sonsuzdur, çünki həyat sonsuzdur. Təkamül tək bir ömrə sığmaz. Təkamülün sonsuzluğu yanında sadəcə dünya məlumatını və təcrübəsini göz önünə alsaq belə, bir insan ömrünün bu qədər məlumat və təcrübəni əldə etməsinə zamanı və enerjisi yetməz.

Təkamül yaradıcı qüvvədir. Bütün yaradılanlar təkamül edər. Bütün insanlar, cisimler, hadisələr, qısaca olaraq bütün yaradılanlar dəyişir, başqalaşır, müxtəlif hallara girərək inkişaf edir. Düşünən insanın yaranması təkamül prosesinin ən vacib məqamıdır.

Qnoseoloji nöqteyi-nəzərdən təkamül ilk prosesdir və həmin proses boyu ilkin intuisiya, instinkt və ağıla bölünür. Birinci halda o, özünü dərk edən, ikinci halda isə gerçəkliyin mahiyyətinə nüfuz etmək qabiliyyətindən məhrum olandır.

loading...

Təfəkkür haqqında bir çox fikirlər mövcudur. Təfəkkür Russonun fikrincə bir xəstəlikdir və ya intellekt elə bir satqın, məkrli, xain bir şeydir ki, hər bir ədəbi vətəndaş ondan üz döndərməlidir. İntellekt özünün normal funksiyasını yerinə yetirməkdə davam edir, bu funksiya maddi və məkan dünyası ilə bağlıdır, həyatın və ruhun maddi aspektləri və ya məkanda ifadəsi ilə bağlıdır varlıqları, bilavasitə hiss olunması ilə bağlıdır.

Fəlsəfi ədəbiyyatda “intellekt“ anlayışı müxtəlif dövrlərdə müxtəlif mənalar daşımışdır. Qədim yunan fəlsəfəsində (Platon və Aristotel) intellekt insanı bütün digər varlıqlardan fərqləndirən əsas xüsusiyyət, ilahi başlanğıcın əlaməti kimi qiymətləndirilir. Əgər duyğu, qavrayış bir sıra digər canlı orqanizmlər üçün də səciyyəvidirsə, intellekt yalnız insana məxsusdur.

Həm də intellekt adi düşüncədən, elementar abstraksiya qabiliyyətindən yüksəkdə durur. Platona görə insan şeylərin əsasında dayanan anlayışları dərk etməklə ideyalar aləminə yaxınlaşa bilər ki, bu da intellektual qabiliyyət adlanır. Yəni intellekt şeylərin hissi qavrayışından asılı olmadan – fövqəl hissi surətdə dərk olunmasıdır. Kant və Hegel isə intellekt anlayışını adi mühakimə qabiliyyəti, abstrakt-analitik düşüncə tərzi mənasında işlətmiş, onu zəka ilə müqayisədə təfəkkürün nisbətən aşağı pilləsi kimi başa düşmüşlər.

Bu mənada intellekt hiss və duyğu ilə bilavasitə heç bir əlaqəsi olmayan, yalnız özlüyündə qəti şəkildə müəyyən olan məntiq qanunlarının formal tətbiqini əhatə edən və deməli, mahiyyəti üzə çıxarmağa imkan verməyən idrak tərzi kimi çıxış edir. Belə idraki qabiliyyət insanı heyvandan fərqləndirmək üçün kifayət etsə də, onu “düşünən maşın”lardan fərqləndirmir, onun fərdiyyətini, təkrarlanmazlığını, özünəməxsusluğunu ifadə etmir. Zira məntiqi formalar hamı üçün eynidir.

Elə məsələlər də var ki, onları ağılla, intelektlə dərk etmək olmaz. Bunlar iki qrupa bölünür:  Emosional hadisələr (gözəllik, məhəbbət, hörmət, şöhrət və s.); onları yalnız duymaq mümkündür. Bu sahədə hər cür əqli mühakimə isə mütləq təhrifə gətirib çıxarır.

Onlar haqqında ümumiləşmiş fikir də ağıl yox, yalnız zəka vasitəsi ilə mümkündür.  Mürəkkəb (işlədilən intellektual aparatdan daha mürəkkəb hadisələr nəzərdə tutulur) hadisələr; məsələn konkret həyat hadisələri. Onlar dəyişkən və təkrarlanmaz olduqlarından xüsusi tədqiqata nə elmi tələbat, nə də imkan var. Belə məsələləri fəhmlə və ya hissin hökmü ilə həll etmək lazım gəlir. Ağıl nə qədər güclü olsa da burada acizdir.

İnstinkt. Bu anlayışa nəzər salsaq belə fikir ortaya çıxır. İnstinkt, heyvanların yaşayış tərzində yol göstərici rolunu oynayan daxili bir qüvvədir. Heyvanlarda olan bu xüsusiyyət özləri tərəfindən qazanılmayib; bu xislət onların yaranışında qabaqcadan qoyulmuş təbii bir qüvvədir.

loading...

Bunuda oxu...