TƏBİİ DOĞUŞUN ÜSTÜNLÜKLƏRİ

Təbii normal doğuş  hamiləliyin 37 həftəsindən 41 həftəsi+ 6 günə qədər müddətində başlanan üşaqlıq sanciları ilə körpənin vaginal yoldan dünyaya gəlməsidir. Doğuş – təbii bir processdir, bu səbəblə də təbii doğuşun qeysəriyyə kəsiyi əməliyyata görə bir çöx üstünlükləri var. Xüsusilə körpənin doğuş zamanı anası ilə təmas qurması və ananın yaxşılaşma dövrünün qısa olması.

Normal doğuşda körpə dünyaya gəldikdən sonra cift də öz-özünə xaric olunur. Normal doğuşun gedişatı üç grup faktorlardan asılıdır. Bu faktorlar: uşaqlıqa bağlı, körpəyə bağlı və ananın çanaq sümüklərinə bağlı faktorlardır.

Doğuşun başlaması üçün uşaqlıqın nizamlı və təbii sıxılması (sancilar) lazımdır. Əgər bu sancilara mane ola biləcək hallar mövcud isə normal doğuş reallaşmaz. Uşaqlıqın yığılmaları sayəsində körpə doğulur. Normal doğuş üçün körpənin uyğun kiloda və uyğun mövqedə olması lazımdır. Təbii doğuşun həm körpə həm ana üçün ayrı-ayrı üstünlükləri var.

loading...

Normal doğuşun körpə üçün üstünlükləri:

Normal doğuş üsuluyla dünyaya gələn körpələrdə tənəffüs problemləri daha az rast gəlır.

Körpə təbii doğuş üsulu ilə dünyaya gələrkən doğum kanalından keçər. Bu zaman də bəzi bakteriyalar dərisi və selikli qişaları ilə təmas edir. Bu vəziyyət körpənin immunitet sisteminin güclənməsini təmin edər.

Təbii doğuş zamanı körpənin organizmində endorfin ifraz olunur. Bu sayədə körpə xarici mühitə daha rahat adoptasiya ola bilər.

Normal üsulla dünyaya gələn körpələr zaman itirmədən anasının süd vəzisini əmə bilərlər.

Qeysəriyyə üsuldan sonra ananın oyanması və özünə gəlməsi zaman tələb edir. Ancaq normal doğuşdan dərhal sonra ana körpəsini qucağına ala bilər. Bu sayədə körpə anasıyla təmas edərək daha sakit qala bilər.

Normal üsulla dünyaya gələn körpələrin əmmə reflekslerinin daha güclü olduğu bildirilir.

Normal doğuş ilə dünyaya gələn körpələrin hekimin müşahidə altına alınma dərəcəsi qeysəriyyə əməliyyətə görə daha azdır.

Normal doğuşun ana üçün üstünlükləri:

Normal doğuşdan sonra qadın daha tez yaxşılaşır. Doğuşdan bir müddət sonra xəstəxana otağında ayağa qalxa bilər, sadə işlərini görə bilər.

Normal doğuş edən analar daha qısa müddətdə evlərinə dönə bilir.

Təbii doğuş edən qadınlar növbəti doğuşu da normal üsulla edə bilər.

Normal doğuşda infeksiya və qanaxma kimi risklər daha azdır.

Təbii doğuşdan sonra yaşanan ağrı daha azdır.

loading...

Bunuda oxu...