SUYUN ORQANİZMƏ FİZİOLOJİ ƏHƏMİYYƏTİ

SuSu xarici mühitin ən mühüm elementlərindən biri olub, insan, heyvan və bitkilərin həyatı üçün vacibdir. Ətraf mühit obyektləri içərisində oksigendən sonra su insan həyatı üçün lazım olan ikinci vacib maddədir.

İnsan qidasız bir aydan çox dözə bildiyi halda, susuz bir neçə gündən artıq qala bilməz. Orqanizmin susuzlaşması çox ağır nəticələrə və onun məhvinə səbəb ola bilər.

Yer kürəsinin su ehtiyatları “hidrosfer” adı altında cəmlənmişdir. Buraya okeanlar, dənizlər, çaylar, göllər, buzlaqlar, yeraltı sular, qar örtüyü, atmosferdəki su buxarları aid edilir.

loading...

Hidrosferin su ehtiyatları 1,5 milyard km3 təşkil edir. Bu qədər suyu Yer səthinə bərabər tökmək mümkün olsa idi, bu, 3 km hündürlükdə bir su təbəqəsi təşkil edərdi. Bu qədər suyun 97%-i dəniz və okeanlarda olan yüksək minerallı sulardır. Qalan 3% içmək üçün yararlı olan suyun 7%-ə qədəri isə qütb buzlaqlarında Yerin dərin qatlarındadır.

İnsan həyatı və sağlamlığı üçün hidrosferin çox mühüm əhəmiyyəti vardır. Yer üzərində iqlimin formalaşması, insanın təsərrüfat və həyat fəaliyyəti, təbii ekoloji tarazlığın saxlanması hidrosferlə sıx bağlıdır. Gigiyena elminin hidrosferlə bağlı bir sıra problemləri olmuş və son zamanlar ətraf mühitin qlobal çirklənməsi bu problemləri daha da kəskinləşdirmişdir.

Bu problemlər içərisində:  əhalinin keyfiyyətli içməli su ilə kifayət dərəcədə təmin edilməsi, insanların təsərrüfat-sənaye fəaliyyəti ilə əlaqədar su mənbələrinin təhlükəli çirklənmələrdən mühafizə edilməsi, içmək üçün yararlı olan su mənbələrinin və su ehtiyatlarının mühafizə edilib saxlanması daha mühüm yer tutur.

Su insan orqanizminin struktur elementlərindən əsas hissəsi olmaqla onda gedən bütün proseslərdə iştirak edir. İnsan bədəninin ümumi çəkisinin 65%-ə qədərini su təşkil edir. Orqanizmin müxtəlif orqan və toxumalarında suyun miqdarı çox müxtəlifdir.

Dişlərin mina qatında 0,2% , dentində 10%-ə qədər,  sümüklərdə 20% , ürək əzələsində və digər əzələlərdə, ağ ciyərlərdə 70%-dən çox,  orqanizmin şirə və mayelərində – tər, ağız suyu, qan, limfa, haram ilik və sairədə isə 90%-dən artıq su vardır.

Suyun orqanizmdə funksiyaları:

  • Toxumalarda su kolloid sistemi təşkil edir.

  • Universal həlledici kimi suyun qazabənzər, maye və bərk maddələrin həllində

  • oksidləşmə prosesinin gedişində qidanın həzm olunmasında da əhəmiyyəti böyükdür

  • Orqanizmdə biokimyəvi proseslərin normal getməsi üçün su əvəzedilməz mühit sayılır

  • Assimilyasiya və dissimilyasiya, eliminasiya və rezorbsiya, osmos və diffuziya,  süzülmə və s. proseslərin getməsi üçün su ən vacib amildir

  • İstilik tənzimi,duz mübadiləsi,turş-qələvi müvazinətinin saxlanması kimi fizioloji proseslərdə də suyun iştirakı çox böyükdür

  • Su yağların və karbohidratların hidrolizi

  • amin turşuların parçalanması

  • oksidləşmə və aralıq mübadilə reaksiyalarında iştirak edir.

  •  Orqanizmdə su dərinin və digər toxumaların turqorunu təmin edir.

Orqanizmin fizioloji funksiyalarının yerinə yetirilməsi üçün insanların təmiz, keyfiyyətli və içməli sulara olan tələbatı ödənilməlidir. Adətən otaq temperaturu şəraitində orta ağırlıqlı əməklə məşğul olan yaşlı şəxs gün ərzində 2,5-3 litr su qəbul edir.

İsti iqlim şəraitində və ya istehsalın isti sexlərində ağır əməklə məşğul olan şəxslər gün ərzində bəzən həddən artıq tər ifrazı ilə əlaqədar 8-10 litrə qədər su itirirlər. İnsan susuzluğa qarşı çox davamsızdır. Orqanizmdən 1-1,5 litr maye itirilməsi su balansının bərpa olunmasını tələb edir və bu orqanizmdə susuzluq hissiyatı yaradır. Bunun səbəbi mərkəzi sinir sistemində “su içmə” mərkəzinin qıcıqlanmasıdır.

Orqanizimdə su mübadiləsi pozularsa:

  • fizioloji proseslərin dəyişməsi nəticəsində ümumi əhval pozulur

  • əmək qabiliyyəti azalır

  • yüksək temperatur şəraitində isə istilik tənzimi pozulur

  • və orqanizm çox qızır.

İnsan bədəninin çəkisinin 10%-ə qədər su itirilərsə  maddələr mübadiləsi pozulur. Ona görə də orqanizmin suya olan tələbatı ödənilmədikdə və ya müəyyən səbəblərdən orqanizmdə olan suyun miqdarı azaldıqda kəskin narahatlıq, ətrafların zəifliyi, titrəmələr və s. baş verir.

Ətraf mühitin temperaturu yüksək olduqda isə suyun kəskin azalması orqanizmdə çox böyük pozğunluqlara və hətta, ölümə belə səbəb ola bilər. Belə ki, orqanizmdən suyun itkisi bədən çəkisinin 15-20%-i təşkil edərsə, 30C temperatur şəraitində də ölüm baş verə bilər. Orqanizmin suya olan gündəlik tələbatı aşağıdakılar hesabına ödənilir:

Su qəbulu hesabına-içməli su,çay,sulu xörəklər və başqa içkilər-1-1,5 litr

Yeyinti məhsullarının tərkibində olan suyun hesabına-1-1,2 litr

Qida maddələrinin oksidləşməsi nəticəsində hasil olan suyun hesabına- 0,3-0,4 litr.

Havanın yüksək temperaturu şəraitində içməli suya olan tələbat artır və 3,5 litr, bəzi hallarda isə 5 litrə qədər çatır. Havanın yüksək temperaturu şəraitində gərgin fiziki işlə məşğul olduqda suya olan tələbat daha yüksək olur və gün ərzində 6-6,5 litrə çatır. Quru çox isti iqlim şəraitində sudan istifadə çox artır,rütubətli havada isə azalır.

Əlizadə Azər

loading...

Bunuda oxu...