SUYUN GİGİYENİK ƏHƏMİYYATİ

SuSu xarici mühitin ən mühüm elementlərindən biri olub, insan, heyvan və bitkilərin həyatı üçün vacibdir. Ətraf mühit obyektləri içərisində oksigendən sonra su insan həyatı üçün lazım olan ikinci vacib maddədir.

Yer kürəsinin su ehtiyatları “hidrosfer” adı altında cəmləşmişdir. Hidrosferin su ehtiyatları 1,4 milyard km təşkil edir. İnsan qidasız bir aydan çox dözə bildiyi halda, susuz bir neçə gündən artıq yaşaya bilmir. Orqanizmin susuzlaşması çox ağır nəticələrə səbəb ola bilər.

Su orqanizmin fizioloji tələbatını ödəməklə yanaşı, həm də mühüm gigiyenik əhəmiyyət kəsb edir. İnsanların istirahətinin təşkilində, bədən tərbiyəsi və sağlamlaşdırıcı tədbirlərin həyata keşirilməsində, bədənin təmiz saxlanması və möhkəmləndirilməsində, mənzillərdə müvafiq sanitariya şəraitnin yaradılmasında, şəhər və kəndlərdə təmizliyin təmin edilməsində və abadlıq işləri aparılmasında, yaşıllıqlara qulluq etəkdə və s. suyun əhəmiyyəti olduqca böyükdür.

loading...

Saglamlaşdırıcı tədbirlərin aparılmasında, bədənin möhkəmləndirilməsi üçün açıq su hövzələrində üzgüçülük, çimmək, su prosedurlarının qəbulu və başqa kütləvi bədən tərbiyəsi və idman tədbirlərində də suyun rolu böyükdür.

Müasir abadlaşdırılmış şəhərlərin hər bir sakininə gün ərzində 150-500 l və daha artıq miqdarda su verilməlidir. Su oz gigiyenik rolunu o zaman yerinə yetirə bilər ki, o müvafiq keyfiyyət göstəricilərinə malik olsun, onun orqanaleptik göstəriciləri, kimyəvi tərkibi və mikroflorası insanların sağlamlığı üçün təhlükə törətməsin, estetik zövqə uyğun olsun.

Huru Feyzullayeva

loading...

Bunuda oxu...