ŞUVARSKİ SINAĞI

Sonsuzluq diaqnozu hər bir ailə üçün qorxulu səslənən diaqnozlardan biridir. Düzgün müalicə üçün sonsuzluğun səbəbinin təyin olunması çox vacibdir. Şuvarski sınağı (postkoital test) məhz sonsuzluğun səbəbini öyrənmək üçün aparılır.

Bunun üçün ilk növbədə cinsi uyğunsuzluq anlayışı ilə tanış olmaq lazımdır. Cinsi uyğunsuzluq – qadın orqanizmində partnyorunun spermatozoidlərinin hərəkətliliyinə manee olan spesifik zülalların yaranmasıdır. Bu zaman spermatozoidlər yumurtahüceyrənin mayalandıra bilmirlər.

Şuvarski sınağı bu uyğunsuzluğu aşkarlamaq üçün aparılır.

loading...

Şuvarski sınağının ovulyasiya dövründə keçirildiyi üçün, qadın bir neçə ay ərzində tərtib edilmiş bazal temperatur cədvəlini təqdim etməlidir və ya yumurtalıqların USM müayinəsindən keçməlidir.

Analiz vermək üçün, qadın tibb mərkəzinə qorunmasız cinsi aktdan 2 saat keçdikdən sonra gəlməlidir. (maksimum – 12 saat). Kənar amillərin təsirini istisna etmək və nəticələri maksimum dərəcədə dəqiq əldə etmək üçün, cinsi akt zamanı krem, gellər və yerli kontraseptivlər istifadə etmək qadağan olunur. Cinsi aktdan sonra qadın yarım saat üfüqi vəziyyətdə uzanmalıdır.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...