SUTKALIQ YUXU DÖVRÜ

Yuxu yozmalariYetkin insanlar sutka ərzində bir dəfə, yəni monofazalı, bəzi hallarda iki dəfə yəni difazalı yatır. Təkrar yuxu qısa müddətli olub, 1,0-1,5 saat çəkir. Uşaqlar çox fazalı, yəni polifazalı yuxu tipinə malik olurlar.

Yenidoğulmuşlar sutkanın çox hissəsini (21 saat) yatırlar. 6-12 ayda körpə 14 saat; uşaq 4 yaşda olarkən 12 saat; 10 yaşlı uşaq isə 10 saat yatır. Yetkin insanlar sutkada 7-8 saat yatırlar. İnsan qocaldıqda sutkada 5-6 saat yatması kifayətdir.

İnsan 3-5 sutka yuxusuz şəraitdə qaldıqda yuxuya ehtiyac yaranır, bu vaxt psixi reaksiyalar zəifləyir, yorğunluq hissi artıq, zehni əmək ləngiyir.

loading...

Fizioloji baxımdan yuxu baş beyin qabığına və qabıqaltı nahiyyələrə yayılan tormozlanma prosesidir. Orqanizm dərin yuxuya getdikdə xarici mühitlə rabitəsi azalır. Yuxuda olan insanın qulaq seyvanı qapanır, çünki səs keçəcəyinin qapanmasına səbəb xarici qulaqda yerləşən xüsusi əzələnin boşalmasıdır. İnsanın göz almalarıda yuxuda yuxarı-yan istiqamətə yönəlir.

İnsan yuxuda olarkən onun müəyyən mərkəzləri oyaq qalır ki, bunlarıda İ. P. Pavlov “növbətçi məntəqələr” adlandırırdı. Məsələn, ana körpənin səsinə, növbətçi telefonun səsinə, işləyən insan saatın zənginə, hərbçi həyacan siqnalının səsinə oyanır. Sutkalıq dövrü yuxunun baş beyninə (beyin yarımkürələri, ara və orta beyin) yayılmış tormozlanma adlandırmaq düzgün deyil.

Yuxu ardıcıl olaraq bir-birlərini əvəz edən tormozlanma və oyanma proseslərinin cəmi olub, beyin yarımkürələrinin qabığı və qabıqaltı nahiyələrdəki neyronların mürəkkəb qarşılıqlı əlaqələri zamanı meydana gəlir.

Oyanıqlıq və yuxu mərkəzlərinin qarşılıqlı təsirindən əmələ gələn yuxu iki sərbəst fazadan ibarətdir. Yüksək sürətli yüngül yuxu-birinci faza; zəif sürətli, ləng yuxu-ikinci fazadır.

Sutkalıq yuxu vaxtı ardıcıllıqla 4-6 dəfə yüksək sürətli və ləng yuxu fazaları təkrar olunur və belə demək olar ki, insan bir gecədə 4-6 dəfə yuxu görür. İnsan ən dərin yuxu vəziyyətinə ilk 2-3 saat müddətində və səhər 5-6 radələrində düşür.

İ. P. Pavlov yuxunun aktiv və passiv növlərini ayırd edir. O, ləngidici şərti qıcıqlandırıcıların təsirindən, əmələ gələn yuxunu aktiv yuxu və aktiv yuxunun əksinə olan, baş beyinə gedən afferent siqnalların azalması və ya tamamilə kəsilməsi zamanı meydana gələn yuxunu passiv yuxu adlandırmışdır.

Bundan başqa uzun müddətli yuxunu (letarqik), lunatizmi (somnanbulik yuxu) passiv yuxu növlərinə daxil etmək lazımdır.

Yuxunun yaranma mexanizmi İ. P. Pavlovun tələbəsi akademik P. K. Anoxin tərəfindən inkişaf etdirilmişdir. P. K. Anoxin aktiv yuxunu baş beyin qabığının tormozlanma fəaliyyəti kimi izah edərək “qabıq-qabıqaltı hipotez” haqqında nəzəriyyə irəli sürülmüşdür. Bu nəzəriyyəyə görə oyaq olan insanın beyin qabığının alın payından hipotalamusa daim impulslar gəlir və beyin qabığı tormozlandıqda kəsilir. Hipotalamus aktivləşərək yuxunu yaradan strukturlara təsir edərək yuxunun əmələ gəlməsinə səbəb olur.

İkinci mülahizəsində P. K. Anoxin sübut edir ki, hipotalamus aktivləşdikdə efferent impulsları blokadaya alınır, nəticədə yuxu meydana gəlir, bu da İ. P. Pavlovun “passiv” yuxu ideyasına uyğundur.

Yuxugörmə maraqlı bioloji hadisə olub, həyatda olmayan yaxud haqqında düşünülməyən hadisələri insan yuxuda görə bilməz. İ. P. Pavlovun fikrincə neyronlarda izi qalan köhnə qıcıqların təsirindən yuxugörmə yaranır. Bəzi hallarda insan yuxuda gördüyü hadisələrin nə vaxtsa şahidi olmuş, bu hadisələrin təəssüratının izi neyronlarda qalmışdır.

Yuxugörmə, yuxu zamanı paradoksal fazada, yüngül yuxu mərhələsində əmələ gəlir. Yuxugörmə baş beynində digər mərkəzlərin yuxu zamanı müvəqqəti oyanması ilə bilvasitə əlaqəli proses olub, beyin yarımkürələrinin əksər sahələrinin tormozlanma vəziyyətində olur. Ona görə də şüur yuxugörmə prosesinə nəzarət etmir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...