SÜNİ TƏNƏFFÜS

İlk tibbi yardımda süni tənəffüsün ən əlverişli və sadə üsulu “ağızdan-ağıza” və ya “ağızdan buruna” hava üfürülməsidir. Eləcə də Silvestr üsuludur.

Silvestr üsulu – üfiqi vəziyyətdə arxasına uzanmış xəstənin baş tərəfindən duraraq əvvəl hər iki çiyindən, sonra cəld qollarından (dirsəklərdən aşağı) möhkəm tutub onları döş qəfəsinə möhkəm sıxılır. Qolları qüvvətlə və yavaş yavaş xəstənin başı üzərindən yuxarı qaldırıb, iki saniyəyə qədər döş qəfəsinə sıxılmış vəziyyətdə saxlayırlar. Qolları sonra yana aşağı salıb iki saniyəyə qədər biləyi döş qəfəsinə sıxılmış vəziyyətdə saxlayırlar. Qolları təxminən dəqiqədə 15 dəfə bu qayda ilə qaldırıb-endirir və döş qəfəsinə sıxırlar. Xəstə sərbəst nəfəs almağa başlayana qədər süni tənəffüs davam etdirilir.

Ağızdan-ağıza” üsulunu tətbiq etdikdə yardım göstərən xəstənin yan tərəfində dayanaraq bir əli ilə onun burnunu sıxır, о biri əli ilə onun çənəsi  altına azca basaraq ağzını açır (ağzın tənzif və ya bint ilə örtülməsi tövsiyə edilir); sonra dərin nəfəs alır və dodaqlarını xəstənin dodaqlarına sıxaraq nəfəsini güclü sürətdə onun ağzına (ona hava üfürür) buraxır. Hava üfürülməsi əvvəl yüngül keçir, lakin ağciyərlərə hava dolduqca müqavimət artır. Nəfəs üfürmə dəqiqədə 16-20 dəfədən az olmamalıdır.

loading...

Əgər süni tənəffüs qeyri-müstəqil ürək massajı ilə birlikdə aparılırsa, hava üfürmələrinin ritmik təkrarlanma sıxlığı dəqiqədə 12-15-ə çatdırılmalıdır, yəni döş qəfəsinin hər 4-5 basılmasına bir nəfəsalma düşməlidir. Bu halda ürək massajı keçirilən zaman hava üfürülməsi döş qəfəsinin sıxılması vaxtı ilə eyni vaxta düşməməlidir. Dili və qırtlaq qapağını qabağa itələyən S şəkilli hava borusunun tətbiq edilməsi süni tənəffüsün ağızdan-ağıza üsulu ilə keçirilməsini xeyli asanlaşdırır.

Ağızdan buruna” nəfəs buraxmaq üsulu da analoji sürətdə keçirilir. Bu zaman xəstənin ağzını ovucla örtürlər və ya barmaqla alt dodağı üst dodağa sıxırlar.

loading...

Bunuda oxu...