SÜNİ İNTELLEKT

Süni intellektSüni intellekt dövrümüzün fenomeni olmasada son əlli il sürətlə inkişaf edir. Bunun üçün Sİ böyük maraq doğurur. Sİ maşınlar tərəfindən nümayiş etdirilən intellekdir. Kompyuter elmlərində “intellektual” maşın ətraf mühiti düzgün anlayan və məqsədinə çatmaq üçün şansını maksimum artıran rasional agentdir.

Müasir elm Sİ sahəsində böyük irəliləyiş edib. Sİ maşınları insan nitqini anlayır, yüksək strateji oyunlarda artıq insana qalib gəlir (Şahmat, Go kimi) və kompleks informasiya analiz edir. Üstə gəl sürücüsüz avtomobil.

Süni intellektin yaradılmasında və inkişafında bir çox elmlər istifadə edilir. Onların arasında riyaziyyat, kompyuter elmləri, linqvistika, psixologiya, fəlsəfə, nevrologiya və süni psixologiya var. Sİ əsas problemləri, yəni çatılmalı olan məqsədləri, rasional düşüncəyə, biliyə, planlaşdırmaya, öyrənməyə, nitqə və əşyaları manipulyasiya etməyə nail olmaqdır. 21-ci əsrdə Süni intellekt texnologiya sənayesinin əsas hissəsinə çevrilib, onun istifadəsi ilə kompyuter elmində bir çox problemlər həll olunur.

loading...

Sİ ideyası və lahiələri qədim dövrdə yaranıb və yeni dövrdə inkişaf edib. 1940-cı illərdə ingilis riyaziyyatcısı Alan Turinqin Hesablama nəzəriyyəsi Sİ təkamülünü sürətləndirdi. Nevrologiya, İnformasiya nəzəriyyəsi və Kiberetikanın inkişafı Turinqin nəzəriyyəsi ilə birlikdə elektron beyinin, yəni süni intellektin, mümkün ola biləcəyini göstərdi.

Süni İntellekt ifadəsi isə ilk dəfə 1956-cı ildı işlənib. Dövri ləngiləmələrlə Sİ 20-ci əsrin sonuna bir çox uğura nail oldu. Yeni əsrin əvvəlinə Sİ logistikada, tibbi diaqnostikada, robot idarəçiliyində və digər sahələrdə istifadə olunurdu. 1997-ci ildə Deep Blue kompyuteri şahmat üzrə dünya çempionu Harri Kasparovu məğlub etdi.

Süni intellekt bir çox sahədə istifadə olunur və fayda verir. Kompyuter elmləri Sİ daha çox faydalanan sahədir. Qrafik istifadəçi interfeysi (GUİ), kompyuter mausu, simvolik proqramlaşdırma, funksional proqramlaşdırma, dinamik proqramlaşdırma, obyekt yönümlü proqramlaşdırma hamısı Sİ laboratoriyalarında ixtira edilib. Iqtisadiyyatda Süni intellekt artıq ötən əsrin 80-ci illərindən istifadə olunur. Süni neyron şəbəkələr tibbi diaqnostikada istifadə olunur.

Həmçinin Sİ tibbi şəkillərin interpretasiyasında, yəni skan edərək mümkün xəstəliyi aşkarlamaq üçün istifadə oluna bilinər. Robotlar ağır sənayedə insana təhlükəli işlərdə çalışır. Yaponiyada avtomatlaşdırılmış sənayenin hər 10 000 işcisinə 1 414 robot düşür. Əlavə olaraq Sİ nəqliyyat, telekommunikasiya, oyunlar, aviasiya və digər sahələrdə istifadə olur.

Süni intellekt fəlsəfədədə maraq yaradır. Fəlsəfənin nəzər nöqtəsindən Sİ növbəti sualları doğurur:
Sİ mümkündürmü?
İnsan intelleklə həll etdiyi problemi maşın həll edə bilərmi?
İntellektual maşın təhlükəlidirmi?
Necə əmin ola bilərikki intellektual maşınlar etik
davranırlar və onlarla etik davranırlar?
İntellektual maşının insandakı kimi ağılı və şüuru ola bilərmi?
İntellektual maşının haqları ola bilərmi və onlar hansılardır?
İntellektual maşın qəsdən zərərverici ola bilərmi?

Süni intellektin sürətlə inkişafı həmçinin təhlükə yaradır. Bir çox alimlər və filosoflar bununla razıdır. Tanınmış astrofizik Stiven Hokinq onlardan biridir. Bill Qeyts və Elon Musk bu siyahıdadır. Hokinq Sİ hətta ekzistensial təhlükə sayır.

loading...

Bunuda oxu...