SÜMÜKLƏRİN TƏSNİFATI

SümüklərSkeletin sturuktur funksional vahidi sümükdür. Sümük, sümük toxumasından yaranır, xaricdən birləşdirici toxuma ilə örtülüdür. Sümüklərin uclarında, böyümə zonasında qığırdaq toxuması vardır. Sümüklərin daxilində sümük iliyi yerləşir ki, bu da reatikuliyar toxumadan yaranmışdır.

İnsan skeleti 206 sümükdən ibarətdir ki, bunun 85-i cüt, 36-sı təkdir. Sümüklər kişilərdə bədən çəkisinin 18%-ni, qadınlarda 16%-ni, yenidoğulmuşlarda isə 14%-ni təşkil edir .

Formalarına görə sümüklər borulu, süngəri, yastı, qarışıq və havalı sümüklərə ayrılır.

loading...

Borulu sümüklər ling vəzifəsini icra edir. Uzun və qısa olan borulu sümüklərin daxilində sümük iliyinə məxsus kanal olur. Onların iki ucu epifiz, bir cismi-diafiz adlanır. Bunlara, bazu, mil-dirsək, bud, qamış-incik sümükləri aiddir.

Qısa borulu sümüklərin bir epifizi olur. Bu sümüklərin əsas kütləsini diafiz təşkil edir və sümükləşmə daha tez baş verir. Belə sümüklərə bilək, əl darağı, ayaq daraqarxası, barmaq falanqaları aiddir.

Süngəri sümüklər  uzun borulu sümüklərin epifizlərində olduğu kimi xaricdən sıx maddənin nazik təbəqəsi ilə ötürülmüş süngəri maddədən əmələ gəlmişdir. Süngəri sümüklər vətərlərin icərisində yerləşən sesomoid sümüklərdir. Bunlara fəqərə cismi, diz qapağı aiddir .

Yastı sümüklər iki qat sıx maddə lövhələri arasında yerləşən süngəri maddədən ibarətdir. Yastı sümüklərə kəllə, kürək, çanaq sümükləri aiddir.

Qarışıq sümüklər adından məlum olduğu kimi müxtəlif sümük hissələrinin birləşməsindən ibarətdir, gücgah və onurğa. Məsələn, onurğanın cismini süngəri sümüyə, qövş və cıxıntıları isə yastı sümüyə oxşayır.

Havalı sümüklər kəllədə yerləşir. Bu sümüklərin cisimlərində olan süngəri maddə sorulduqdan sonra yaranan boşlıqlar hava ilə dolu olur. Bu sümüklərə alın, ənsə, gicgah, xəlbir, əng sümükləri aiddir.

İnsanın orqanlar sistemi və xəstəlikləri, i. A. Axundov, “MVS nəşr”, Bakı – 2019

loading...

Bunlarıda bəyənə bilərsiniz ...