SÜMÜK İLİYİ

Bu yarımmaye qatılıqda olub, onurğalı heyvanların sümük boşluqlarında yerləşir. Qırmızı və sarı sümük iliyi olur. Qırmızı sümük iliyi yaşlı heyvanlarda yastı sümüklərdə, fəqərələrdə və borulu sümüklərin epifizlərində olur.

Qırmızı sümük iliyi heyvanlarda embrionda qığırdaq skeletin formalaşdığı dövrdə əmələ gəlir. Qoyunların 7 həftəlik embrionunda ətrafların qığırdaq skeletində diafizlərdəki boşluqlarda osteoblast, osteoklast və retikulositlərdən ibarət sümük iliyi yaranır. Sonra mikrosirkulyator yatağın formalaşan damarları ətrafında mieloid toxumanın tərkibinə daxil olan hemopoetik hüceyrələrin sürətlə yaranması başlanır.

Əksər heyvanların ətraf sümüklərində və quyruq fəqərələrində qırmızı sümük iliyi sarı sümük iliyinə çevrilir.

loading...

Quşlarda az miqdarda bütün sümüklərdə qırmızı sümük iliyi qalır.

Qırmızı sümük iliyinin kambial hüceyrələrindən eritrositlər, dənəli leykositlər, monositlər, V limfositləri (məməlilərdə) və qan lövhəcikləri yaranır.

Sümük iliyinin endostdan ayrılan birləşdirici toxuma atmaları anastomozlaşaraq, onun əsasını yaradır. Atmaların arasındakı boşluqlarda çoxlu mikrosirkulyator damarların daxil olduğu retikulyar toxuma yerləşir. Bu toxumanın sinusoid kapillyarları ancaq yetişmiş formalı elementləri qan damarlarına keçirir. Retikulyar toxumanın kapillyarları arasında polipotent gövdə hüceyrələri, blastlar, proeritroblastlar, promonositlər, metamielositlər, prolimfositlər, meqakarioblastlar, meqakariositlər və qanın yetişmiş formalı elementləri olur. Hemopoetik hüceyrələr adacıqlar şəkilində yerləşir. Sinusoid kapillyarların mənfəzi geniş, divarında çoxlu məsamələr olur. Kapillyarların endoteli örtüyündə makrofaglar olur. Mieloid toxumada çox paycıqlı nüvəli meqakariosit və meqakarioblastlar olur.

Qırmızı sümük iliyində 10%-dən çox piy hüceyrələri olur. Aclıq zamanı bu hüceyrələrin piy əlavəsi olduğu kimi qalır. Qırmızı sümük iliyi borulu sümüklərin diafizində sarı sümük iliyinə keçir. Kəskin qan itirilmələrdə, zəhərlənmələrdə və sairə proseslərdə sarı sümük iliyi qırmızı sümük iliyi ilə əvəz olunur.

loading...

Bunuda oxu...