SÜMÜK ƏRİMƏSİ NƏDİR

OsteoporozSümük əriməsi “sümüklərin mineral sıxlığının azalmasıdır”. Sümüklərin ən güclü olduğu dövr 30 yaşdır, daha sonra yaşa bağlı olaraq tədricən sümüklər zəifləməyə başlayar. 50 yaşın üzərində olan qadınların yarısında sümüklərin zəifləməsinə bağlı olaraq sümük sınıqları yaranır.

Sümük əriməsi və sınıqlar:

Osteoporoz (sümük əriməsi) hər il 1,5 milyon sümük sınığına səbəb olur. Onurğa başının sınıqları ən çox rast gəlinən sınıqlardır. Onurğada yaranan kiçik sınıqlar nəticəsində onurğada çökmə əmələ gəlir və buna görə də onurğanın forması dəyişilir. Bud sümüyü boynunun sınıqları gec sağaldığına görə hərəkət probleminə səbəb olaraq ölüm riskini artırır. Sümük əriməsi olan insanlarda əl biləyi sümükləri və digər sümüklərdə tez-tez sümük sınıqlarına yaranır.

loading...

Sümük əriməsi niyə yaranır?

Sümük tərkibinin əsasını kollagen zülalı təşkil edir, möhkəm olmasını isə kalsium fosfat mineralları təmin edir. Qadınlarda sümüklərin tərkibinin dəyişməsi menopauzadan 5-7 il sonra meydana çıxır.

Osteopoz (sümük əriməsi) kimlərdə yarana bilər?

Sümük zədələnməsi hər kəsdə rast gəlinə bilər, lakin sümük əriməsi hər kəsdə müşahidə olunmur. Yaş artdıqca sümük əriməsi sıxlığı da artır. Qadınlarda sümüklərin quruluşu daha incədir. Buna görə də menopauzadan sonra qadınlarda sümük sıxlığı zəifləyir.

Risk faktorları:

Siqaret istifadəsi, hərəkətsiz həyat tərzi, qadın cinsi, ailə üzvlərində osteoporozun olması, kalsium və D vitamini çatışmazlığı, yaşın 65 yuxarı olması, endokrin pozulmalar, aşağı kütlə indeksi sümük əriməsi riskini artırır. İltihabı aradan qaldırmaq üçün istifadə edilən kortikosteroid dərmanları və mədəkiciltmə əməliyyatıda sümük əriməsini sürətləndirə bilir.

Dr. Arzu Əyyubova

loading...

Bunuda oxu...