SÜD VƏZİ XƏRÇƏNGİ: SƏBƏB VƏ SİMPTOMLAR

Süd vəzi xərçəngiSüd vəzi xərçəngi orqanizimdə digər bədxassəli şişlər kimi inkişaf edir. Bu zaman bir və ya bir neçə hüceyrə mutasiya nəticəsində anomal şəkildə sürətlə bölünməyə başlayır. Onlardanda şiş yaranır. Bu şiş yaxındakı toxumalara keçə bilər və metastaz edər.

Süd vəzi xərçənginin bütün yaranma səbəbləri məlum deyil. Bir sıra faktorlar var ki, şişin yaranmasına səbəb ola bilər.

Ancaq müəyyən xəstələrdə bu faktorlar belə olmadan, süd vəzi xərçəngi aşkarlanıb.

loading...

Süd vəzi xərçənginin səbəbləri arasında bunlar var:
yaşlılıq
hormonal preparatların istifadəsi
süd vəzinin zədələnməsi
anamnezdə süd vəzi xərçənginin olma halları
yaxın qohumlarda süd vəzi xərçəngi
radiasiya təsiri
artıq çəki
erkən menstruasiya və gecikmiş menopauza
siqaret və alkoqol istifadəsi
şəkərli diabet
gecə növbəli iş qrafiki

Ən çox yayılmış genetik səbəb BRCA1 və BRCA2 genlərindəki mutasiyalardır. BRCA1 mutasiyalarının daşıyıcıları 55-65% xərçəng riski daşıyırlar. BRCA2 — 45%.

Bir çox hallarda süd vəzi xərçəngi ilkin mərhələlərdə simptomsuz olur. Ancaq müəyyən hallarda bəzi simptomlar var və onları anlamaq mümkündür. Əsas simptomlardan biri süd vəzində, yaxud yanında və qoltuqaltı çökəklikdə bərkimələrdi. 90% belə şişlər xoşxassəli olur. Əgər belə simptom müşahidə edilibsə dərhal həkimlə məsləhətləşmək lazımdır.

Digər simptomlar belədir: dərinin bərkiməsi, dəri qızartısı, əmzikdən ifrazat, dərinin şişkinliyi, damarların böyüməsi, süd vəzlərinin simmetriyasının pozulması. 70% hallarda süd vəzi xərçəngi  pasientlərin özü tərəfindən tapılır. Bu və digər (ağrılar və sarə) simptomların aşkar edilməsindən dərhal sonra həkimə müraciət etmək gərəkdir.

loading...

Bunuda oxu...