SÜD DİŞLƏRİ

Süd dişləri bətndaxili inkişafın 3-cü ayında, daimi dişlər isə postnatal inkişafın 5-6-cı ayında inkişaf etməyə başlayır.

Süd dişləri 6-cı aydan çıxmağa başlayır. Bu dövrdə diş ətində qaşınma, hipersalivasiya, ağız suyunun artması, ümumi narahatçılıq müşahidə olunur. Uşaq əllərini və ya sərt oyuncaqları dişləyərək rahatlayır.

Bu dövrdə uşağa çox sərt olmayan, nontoksik maddələrdən hazırlanmış, çeynənə bilən, içərisində su olan rahatlatıcı oyuncaqların verilməsi məsləhətdir.

loading...

Süd dişlərinin çıxması genetik olaraq bəzi uşaqlarda 12-14-cü aya qədər gecikə bilər. Əgər 14-cü aya qədər heç bir diş çıxmazsa bu zaman mütləq uşaq həkim müayinəsində olunmalidir.

Dişlərin çıxması zamanı ağızdakı bakterial flora, çıxan diş çevrəsindəki yumuşaq toxumaya keçərək lokal gingivitə səbəb ola bilər. Fizioloji məhlulda isladılmış pambıqla damağı silmək və ya çox tez-tez olmamaqla anestetik kremlər istifadə etmək olar.

Dr. Leyla Baxışova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...