ŞÜALANMA

Şüa terapiyasıŞüalanma ionlaşdırıcı şüaların orqanizmə təsiridir. Şüa mənbəyinin yerləşməsindən mövqeyindən asılı olaraq daxili və xarici şüalanma ayırd edilir.

Şüalanma sahəsinin şüalanan obyektin ölçülərinə olan nisbətinə görə ümumi və məhəlli aşkar edilir.

Daxili şüalanma mənbəyinin orqanizmin daxilində yerləşməsi zamanı baş verir. Təbabətdə bu şüalanma üsulundan toxumdaxili və boşluqdaxili şüa müalicəsi zamanı istifadə olunur. Bu məqsədlə açıq, maye şəklində olan, və qapalı radioaktiv izotoplar, metal qılafların içərisində yerləşir, toxuma daxilində və ya boşluqlara yeridilir.

loading...

Xarici şüalanma zamanı şüa mənbəyi şüalanan obyektin səthindən müəyyən məsafədə yerləşir, məsafənin uzunluğundan asılı olaraq uzun və qısa fokuslu olur.

Xarici şüalanma tək və çoxsahəli olur. Təksahəli şüalanmada şüa həmişə obyektin eyni səthinə təsir göstərir. Çoxsahəli şüalanma zamanı obyekt bir neçə sahədən şüalandırılır. Şüa mənbəyinin obyektə nisbətən yerdəyişməsinə görə hərəkətsiz və hərəkətli şüalanma ayırd edilir. Hərəkətsiz şüalanmada şüa mənbəyi obyektə nisbətən öz yerini dəyişmir. İkinci halda isə şüa mənbəyi obyektə nisbətən müxtəlif traektoriyalarda hərəkət edir.

Kütləvi tibb ensiklopediyası

loading...

Bunlarıda bəyənə bilərsiniz ...