SU MÜBADİLƏSİNİN POZULMASI

Su bədənimizin 80%-ni təşkil edir: qanın – 92%-ni, sümüklərin – 22%-ni, əzələlərin isə -75%-ni.

İnsan qida qəbul etməsə 25-30 gün, su qəbul etməsə ancaq 7 gün yaşaya bilər. Su bədəndən toksinlər və zərərli maddələri xaric edir. Maddələr mübadiləsi su vasitəsi ilə həyata keçir. Su həzm və ifrazat sistemində iştirak edir, metobolizmin və immun sisteminin balansini tənzimləyir. Dəriyə elastiklik verir, bədən temperaturunun sabit qalmasını təmin edir.

Gündəlik su qəbulu norması minimum-1,5-2 ldir. Su balansının pozulması bir çox xəstəliklərə səbəb olur.

loading...

Əsas təhlükə – həzm və ifrazat sistemidir.Yetərli su qəbul etmədikdə müşahidə olunur:

Dərinin hədsiz quruması, elasikliyin itməsi, rənginin solğunluğu, temperaturun yüksəlməsi və ya aşağı düşməsi

Bədən çəkisinin kəskin şəkildə arması, azalması. Çox vaxt susuzluq və aclıq hissi qarişır, bu səbəbdən su əvəzinə qida qəbul edilir.

Təngənəfəslik, nəfəs çatışmazlığı.

Sinir sistemi – bir müddət sonra,əsəbilik, yuxusuzluq, həddindən tez yorğunluq halları rast gəlinir.

Meyvə və tərəvəzlərin tərkibinin böyük hissəsini su təşkil edir, su qəbulunda problemi olan insanlar qismən meyvə, tərəvəz qəbulunu artıraraq su ehtiyacını kompensə edə bilərlər.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...