STRESSDƏN UZAQ OLMANIN YOLLARI

Stressdən uzaq olmaqHәyat tәrzimiz demək olar ki, hərgün bizi stresslə sәbәb olur. Ancaq, unutmayaq ki, bunun qarşısını almaq mümkündür. Tövsiyələr:

Dәrin nәfәs alın. Dәrin nәfәs almaq hәm stresi azaltmağa kömәk edir hәm beynin normal konsentrasiya olması üçün lazımi oksiqeni tәmin edir. Ancaq çox insan düzgün dәrin nәfәs almanı bilmәdiklәri üçün karbondioksitin ciyәrlәrdәn xaric olur.

Әlinizi qarnın üstünә qoyun vә normal pozisiyada durun. Sonra dәrin nәfәs alaraq qarnınızın vә sinәnizin necә şişdiyinә baxın. Nәfәsinizi 3 saniyә tutun vә ağzınızdan havanı verin. Gündә 3 müxtәlif vaxtda 5 dәfә bu şәkildә dәrin nәfәs almaq stresi azaltmağa sәbәb olacaq. Әn әsası, dәrin nәfәs alarkәn fikrinizdә günün stresi istisna olmaqla xoş bir məsələ barәdә düşünün. Bu üsul sizi stresli fikirlәrinizdәn uzaqlaşdıracaq.

loading...

Әzәlәlәrinizi rahatladın. Müәyyәn әzәlәlәrinizi әvvәlcә sıxın sonra buraxın. Bununla hәm stresdәn gәrginlәşmiş әzәlәlәrinizi rahatladacaqsınız hәm beyniniz başqa bir mәsәlәdә konsentrasiya olacaq. Bir әzәlәni tәqribәn 5-10 saniyә sıxdıqdan sonra sәrbәst buraxın. Bunu istәdiyiniz hәr hansı bir әzәlә üçün edә bilәrsiz. Sәhәr vә ya günorta bel üstә uzanın, sağ ayağınızı bәdәninizin üstünә çәkin vә diziniz yerә dәyәnәdәk budunuzu döndәrin. Eyni mәşğәlәni o biri ayağınızla tәkrarlayın.

Tәbiәtә çıxın. Oturduğunuz yerdә stresinizin keçmәsini gözlәyәrәk daha pis ola bilәr. Özünüzü tәbiәtin qoynunda düşünün. Tәmiz havada hәr hansı bir fәaliyyәtlә mәşqul olduğunuzu düşünün. Vә ya evdә adi ev işlәri (evi tәmizləmәk, paltar yumaq vә s.) ilә fikirlәrinizi dağıda bilәrsiz. Kitab oxumaq, yeni araşdırmalar haqda oxumaq fikrinizi stresdәn uzaqlaşdıracaq, әn sonuncu da anti-stres topu kimi bir әşya sıxa bilәrsiz. Evdә tәk oturub TV seyr etmәyin.

Düşüncәlәrinizi dәyişin. Bu üsul illәrdir bilinәn bir üsuldur, ancaq düzgün yolla etmәk lazımdır. Sizә neqativ fikirlәr gәtirәn bir mәsәlә haqda düşünәndә özünüzә “dur” deyin. Bu problemi yazıb hәll etmәyә vә ya başqa tәrәfdәn baxmağa çalışın. Sizi sakitlәşmәyә sәbәb olacaq alternativ fikirlәr lazımdır. Mәsәlәn, vacib bir iş görüşmәsinә gecikirsiz vә işdәn çıxarılacağınıza görә narahatsız. Bu anda fikirlәrinizi başqa tәrәfә yönәldin: siz sadәcә insansınız vә yolda nә baş verәcәyindәn, yolda tıxacın olmasından әvvәlcәdәn xəbərdar ola bilməzsiniz vә özünüzә güvәniniz mükәmmәl işçi olmaqdan asılı deyil.

Dr. Nərgiz Ağayeva

loading...

Bunuda oxu...