STRESS SİZƏ QALİB GƏLMƏSİN

Stress həyatımızın normal bir parçasıdır,amma həddindən artıq stress zamanı, başda ürək xəstəliyi, yüksək təzyiq, sinədə ağrı və ürək döyüntüsü kimi hallar baş verə bilər, bu o deməkdirki, sağlamlığınızla bağlı ciddi problemləriniz yaranır.

Stress həyat keyfiyyətinə ciddi mənfi təsir edir. Buna imkan verməyin, ölüm, yaxınlarımızın xəstələnməsi, bəzən hətta pulsuzluq belə bizi elə bir stress halına salırki, öz sağlamlığımızı da unuda bilirik.

Başgicəllənməsi, ümumi ağrı, diş qıcamaq, çənə sıxmaq, həzimsizlik, başağrısı, əzələ gərginliyi, yuxu problemləri, ürək döyüntüsü, qulaq çınlaması, yorğunluq, bitkinlik, titrəmə, çəkinin azalması və ya artması kimi fiziki əlamətlər, ağlamaq, depressiya, əsəbilik, negatif düşünmək, konsentrasiya problemləri, unutqanlıq, çatışmamazlıq hissi kimi emosional əlamətıərin yaranmasını hiss edirsinizsə, stresinizi azaltma yönündə hərəkət etməlisiniz.

loading...

Stresslə mübarizə aparmasanız, sağlamlıqla bağlı problemlərinizin sizi ziyarəti daha tez-tez təklarlanacaq… Bu da ciddi xəstəliklərin təməli ola bilər..

Stressə qalib gəlmək üçün ən azından bunları edin:

Qidalanmağınıza fikir verin, qədərini itirməyin, stressdən qurtulmaq üçün əsla spirtli içki və həddindən artıq yemək kimi pis vərdişləri etməyin

Mütəmadi olaraq fiziki məşq edin, ən asandı təmiz havada ən az 30 dəqiqə piyada gəzin, dərindən nəfəs alın.

Hər gün mütləq dincəlmək üçün özünüzə vaxt ayırın

Dr. Nərgiz Ağayeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...