STRESS ÇƏKİNİN ARTMASINA TƏSİR EDİRMİ?

Təbii ki, stress də çəki artmasının səbəblərindən biridir. Çünki stress zamanı vücudumuzda kartizol deyilən bir maddə əmələ gəlir. Bu da piy hüceyrələrini hərəkətə gətirir və enerjinin fəaliyyətini əngəlləyir.

Stress həftələr boyu sürərsə, vücudda piylənmə artır. Ona görə də həmişə özünüzə xüsusi vaxt ayırın. Stressin öhdəsindən gəlmək üçün kiminləsə danışın və ya düşündüklərinizi yazın.

Stress həm də yuxu pozğunluğuna səbəb olur. 6 saatdan az yatan və ya 8 saatdan çox yatan insanların da maddələr mübadiləsi zəifləyir, bioloji ritm pozulur və bununla əlaqədar da çəki artımı ehtimalı çoxalır. Stress orqanizmin düşmənidir. Stress anında qan şəkərinin tarazlığını pozur, anidən yüksəlib enməsinə gətirib çıxarır.

loading...

Qan şəkəri yüksələn zaman mədəaltı vəzimiz insulin hormonu ifraz edir. İnsulin hormonu yağ depolayan hormondur. Bu halda orqanizmimizdə maddələr mübadiləsi pozulur. Nəticə stresin də artıq çəkiyə səbəb olduğunu göstərir.

Stress anında iki qapı var: biri soyuducu, digəri də bayıra açılan qapı. Siz bayıra açılan qapıya doğru gedin, bir az gəzəndə həm fiziki aktiv olacaqsınız, həm də təmiz hava stresdən tez xilas olmağa kömək edəcək. Nəticədə evə qayıdanda artıq qida qəbul etmədiyinizə görə özünüzdən razı qalacaqsınız.

Dr. Nərgiz Nazirova

loading...

Bunuda oxu...