STEREOTİP HƏRƏKƏTLƏR

Stereotip sözlərin, hərəkət və davranışların əlaqəsiz şəkildə, eyni ritmdə uzun müddətli təkrarlanmasıdır.

Hissi stereotiplər: önə-arxaya yellənmək, öz ətrafında fırlanmaq, ayaqlarını yellətmək

Vizual stereotiplər: barmaqlarını gözlərinin önündə hərəkət etdirmək, barmaqları ilə havada müxtəlif şəkillər cızma

loading...

Toxunma stereotipləri: əlin ritmik hərəkətləri ilə qulaq, əl və s. kimi digər bədən hissələrinə vurmaq

Vokal stereotiplər: eyni səsi, nəğməni saatlarla təkrarlamaq, mızıldamaq

Əsasən əqli geriliyi, autizm spektr pozuntusu, stereotipik hərəkət pozulması olanlarda rast gəlinir.

Qarşısını almaq üçün:

Təkrarlanan istənilməyən davranış yarıda kəsilərək daha faydalı, istənilən davranışla əvəzlənməsi. Məsələn mənası bilinməyən hər hansısa səsləri yəni vokal stereotipi edın zaman onu dayandırıb əvəzində istədiyiniz sözü dedirtmək. Ana kimi

Mükafatlandırmaq. Belə ki istənilməyən davranış yerinə istənilən davranış seçilir və mukafatlandırılir. Məsələn əlini yellətmək davranışının yerinə qollarını bağlamaq davranışını istəyiriksə onu öyrədib etdiyi andaca mükafatlandırırıq

Fiziki məşğələyə cəlb etmək məsləhət görülür.

Təcrübələr göstərir ki stereotipik hərəkətlərin kifayət qədər azaldığl ancaq tamamilə ortadan qaldırıb yox edilmədiyi qənaətinə gəlinmişdir.

Dr. Nərmin İslam

loading...

Bunuda oxu...