SOSİOLOGİYA ELMİ

Sosiologiya termini iki sözün birlәşmәsindәn ibarәtdir: latın sözü «sosietas», cәmiyyәt, vә yunan sözü «loqos» söz, tәlim. Hәrfi mәnada sosiologiya cәmiyyәt haqqında elm demәkdir.

Sosiologiyanın müәyyәn ilkin şәrtlәrin mövcud olduğu XIX әsrdә meydana gәldiyi vaxtdan onun predmeti eynimәnalı başa düşülmәmişdir. Mәsәlәn, O. Kont belә hesab edirdi ki, sosiologiya insan zәkasının vә psixikasının ictimai hәyatın tәsiri ilә necә tәkmillәşdiyini öyrәnәn yeganә elmdir. Sosiologiya ictimai hәyat faktlarını, proseslәrini müşahidә etmәk, tәsvir etmәk vә sistemlәşdirmәk vәzifәlәrini yerinә yetirmәlidir.

H. Spenserә (1820-1903) görә, sosiologiya elә әn ümumi elmdir ki, özündә hәm tarixi inkişafın ümumi nәzәriyyәsini, hәm antropologiyanı, hәm dә etnoqrafiyanı birlәşdirir.

loading...

Alman iqtisadçısı vә sosioloqu Albert Şeffle (1831-1903) bildirirdi ki, sosiologiyanın predmetini insanlar arasındakı qarşılıqlı mәnәvi münasibәtlәr, habelә ünsiyyәtin ideal vә texniki üsulları, formaları tәşkil edir. Görkәmli hüquqşünas vә sosioloq L. Qumploviçin (1838- 1909) fikrincә, sosiologiya bütün sosial elmlәrin fәlsәfi әsasıdır.

Sosiologiya cәmiyyәt haqqında elmdir, başqa sözlә, sosioloji idrakın obyektini cәmiyyәt  tәşkil edir. Lakin belә izah sosiologiyanın predimetini tam aydınlaşdırmır, çünki cәmiyyәt әn müxtәlif elmlәr tәrәfindәn öyrәnilir. Ona görә dә digәr elmlәrdә olduğu kimi, sosiologiyada da onun obyektini vә predmetini fәrqlәndirmәk lazımdır.

Sosiologiyanı bir elm kimi sәciyyәlәndirәrkәn çox zaman slindә sosioloji idrakın başlıca obyektlәri sadalanır. Sosioloji mәktәblәrin vә cәrәyanların, sosioloji biliyin konkret tәşkilat sistemlәrinin müxtәlifliyi, ideyanәzәri mövqelәrin vә yönümlәrin rәngarәngliyi sosiologiyanın predmeti mәsәlәsindә çәtinliklәri artırır. Bir çox hallarda «sosial» anlayışının özü dәqiq tәsәvvür olunmur.

Sosiologiyanın predmetini müәyyәnlәşdirәrkәn adәtәn ayrı-ayrı sosioloqlar müxtәlif sosial hadisәlәri vә proseslәri hәlledici hesab edirlәr. Mәsәlәn, qrupların qarşılıqlı fәaliyyәti, yaxud bu fәaliyyәtin nәticәlәri; insanların sosial münasibәtlәri; sosial tәsisatlar; sosial tәşkilatlar vә onların insan davranışına münasibәti; sosial fәaliyyәt sistemlәri; insan cәmiyyәti vә insan davranışı; sosial nizamın vә nizamsızlığın tәbiәti; sosial qruplar; insan birliklәri formaları; insane cәmiyyәtinin әsas strukturları; sosial proseslәr; sosial-mәdәni hadisәlәr; sosial hәyatın elmi baxımdan öyrәnilmәsi vә s.

Sosial münasibәtlәr şәxsiyyәtin  cәmiyyәtlә qarşılıqlı fәaliyyәtinin sәciyyәlәndirir, istәr iqtisadi, istәr siyasi, istәrsә dә mәnәvi münasibәtlәrin mahiyyәtini, mühüm aspektini tәşkil edir. İctimai münasibәtlәrin hәr hansı sistemi hәmişә aydın ifadә olunmuş sosial aspektә malikdir. Demәli, sosial ictimai münasibәtlәrin xüsusi aspektini sәciyyәlәndirmәklә qalmır, onların bütün növlәrinә nüfuz edir.

loading...

Bunuda oxu...