SOSİAL FOBİYA NƏDİR

Sosial fobiya nədir? Əlamətləri nələrdir?

Mütəxəssislər soaial fobiya nədir və sosial fobiyaya səbəb ola biləcək hallar haqqında bunları deyirlər:

Sosial fobiya insanın başqalarının yanında kiçilməsi, çətinlik ya da utanmasına səbəb ola biləcək əlamətlərlə üzləşməsi,davranışının qorxusudur. Bu cür şəxslər başqaları ilə qarşılıqlı münasibətdə olmağı tələb edən ya da hər hansı bir hərəkəti başqalarının yanında etmələrini tələb edən vəziyyətlərdən qorxurlar. Və bunlardan bacardıqları qədər qaçırmağa çalışırlar. Məsələn, ümumi yerlərdə yemək yeməkdən, telefonla danışmaqdan, başqalarının yanında adlarını yazmaqdan, ya da hansısa sənədi imzalamaqdan utanırlar, alçaldılmış duyğusu və qorxu hiss edirlər.

loading...

Ən çox müşahidə olunan digər ictimai qorxular; başqalarının qarşısında danışmaq, yemək yemək, görüşlərdə və yığıncaqlarda iştirak etmək. Bu cür insanlar eyni zamanda keçirdikləri hissi digər insanların anlayacağından və gülünc vəziyyətə düşəcəklərindən qorxurlar. Həmçinin mənfi qiymətləndirilməyə və rədd cavabı almağa qarşı həddindən artıq həssas olurlar. Haqqlarını müdafiə etməkdə çətinlik çəkirlər, mənliklərində hörmətində aşağılıq ya da alçaq duyğular hiss edirlər.

fobiaHər on nəfərdən birində həyatının hər hansı bir dövründə sosial fobiya müşahidə oluna bilər. Ümumiyyətlə bu vəziyyət şəxsiyyət xüsusiyyəti olaraq qiymətləndirilir və müalicə edilə bilən problemdir. Ancaq insana çox-çox narahatlıq verməyə başlasa mütəxəssislərə müraciət olunamlıdır. Bu da təxminən 30 yaş arasında artır. Sosial fobiya xas olaraq üz qızarması ilə bərabər ürək döyünməsi, həyəcanlanma, baş gicəllənməsi, tərləmə, titrəmə, tənginəfəslik, ürək bulanması, əzələlərdə gərginlik, əllərin və ayaqların keyiməsi baş verir.

Sosial fobiyası olan kəslərin başlıca xüsusiyyətləri:

Ümumiyyətlə utancaq və içə qapalı, ictimai deyillər.

Normal göz təmasından qaçar, az danışırlar.

Onlardan bir şey soruşmadıqca çox danışmazlar.

Onlara çox diqqət ayrılmasından xoşları gəlməz.

Qrup içində çox nadir danışarlar, iltifatları da çox səssizcə ötürərlər.

Tez-tez xəstələndiklərini söyləyərlər və tez-tez görsənməzlər.

İctimai fobiyaya səbəb ola biləcək başlıca hallar bunlardır:

Bir qrup insan qarşısında danışmaq

Bir qrup insan içində olmaq

Tanış olmayan biri ilə danışmağı davam etdirmək

Başqalarının qarşısında yazı yazmaq

Başqalarının qarşısında düşüncələrini ifadə etmək

Cəmiyyət içində yemək və ya içmək

Tanış olmayan biri ilə tək yemək yemək

Tanış olmayan biri ilə telefonla danışmaq

Bir şənliyə və ya yoldaş yığıncağında iştirak etmək.

Bu xəstəlik 2 formada özünü göstərir.Əgər əlamətlər özünüsadəcə kütlə önündə, ictimai yerlərdə biruzə verirsə bu total forma, əgər bəlli yerlərdədirsə (məsələn rəqs edəndə, imza atanda) bu hissəvi social fobiya adlanır.

Bioloji olaraq beyində serotonin maddəsinin azalması göstərilsə də bu xəstəliyin psixoloji və sosial səbəbləri daha ön plandadır.Belə ki uşaqlıqda utanc vəziyyətəinə tez tez salınan, sinif yoldaşları və dostaları qarşısında utandırlıan, ailəsin maddi vəziyyətində problem olan və ya valideynlərindən birini itirən şəxslər arasında rast gəlmə ehtimalı daha yüksəkdir.

Sosial fobiyanın müalicəsi necə aparılır?

Bu xəsətliyin müalicəsində dərman terapiyası olaraq yeni nəsil antidepressantlar istifadə olunsa da pasientlərin böyük əksəriyyətinə ardıcıl təşkil olunmuş koqnitiv davranış terapiyasın aparılması tövsiyyə olunandır.Dərmanlarla müalicə müddəti 6-12 ay, terapiya müddəti isə 10-14 seans təşkil edir.

Dr. Aygün Cəfərova

loading...

Bunuda oxu...