SONSUZLUQ VƏ SÜNİ MAYALANDIRMA

Sonsuzluq günümüzün danılmaz probleminə çevrilib. Statistikaya əsasən hər beşinci ailə sonsuzluqla mübarizə aparır. Sonsuzluq requlyar cinsi həyatın olasına baxmayaraq hamilə qalmağı bacarmamaqdır.

Kişi və qadın sonsuzluğu bir çox hallarda müalicə olunur və təbii yolla hamiləlik baş verir. Ancaq bəzi hallarda, sonsuzluğun səbəbi aşkar edilməsinə baxmayaraq belə, müalicə etmək mümkün olmur. Belə halda hamilə qalmaq üçün yeganə yol süni mayalandırmadır. Süni mayalandırma yolu ilə 3 mln. çox uşaq dünyaya gəlib.

Hazırda süni mayalandırma növbəti variantlarda olunur: yumurtahüceyrələri orqanizmdən kənarda mayalandırılır və sonradan orqanizmə yerləşdirilir (İVF). Bu metod, mümkün olanlar arasında, ən populyarıdır. İVF (İn Vitro Fertilization) vasitəsilə mayalanma 25-30 % hamilə qalmaq şansı yaradır.

loading...

Süni mayalandırmanın digər metodları ilk metodun kişinin təkmilləşdirilmiş spermasının əlavəsi ilə orqanizmə yerləşdirməsi, süni inseminasiya, donor sperması və donor yumurtahüceyrənin istifadəsidir. Hər metod müxtəlif vəziyyətlərdə istifadə olunur.

Süni mayalandırma tibbin yeni sahəsi olduğu üçün hələ tam öyrənilməyib, ancaq sürətlə inkişaf edir.

loading...

Bunuda oxu...