SONSUZLUĞUN QARŞISINI NECƏ ALMAQ OLAR ?

sonsuzluqSonsuzluq problemlərindən əziyyət çəkən cütlüklərdə problem həm kişilərdə, həm də qadınlarda bərabər şəkildə, bəzən hər iki şəxsdə ola bilər. Sonsuzluqdan əziyyət çəkən cütlərin təxminən 10-15% -ində nə qadın, nə də kişidə heç bir səbəb tapılmır.

Bəzi fərdlərdə və ya bir cəmiyyətdə sonsuzluq problemlərinə səbəb ola biləcək risklərin qarşısını almaq və ya minimuma endirmək üçün bəzi tədbirlər görülə bilər.

Siqaret, spirt, narkotik kimi zərərli vərdişlərdən qaçın.

loading...

Stresdənn uzaq durun

Sağlam yemək qaydalarına diqqət yetirin, həddindən artıq kilo almayın.

Qadınların hər il müntəzəm ginekoloji müayinə olması bəzi xəstəliklərin erkən diaqnozu ilə sonsuzluğun qarşısını almaqda kömək edə bilər.

Cinsi yolla ötürülən bəzi xəstəliklər kişilərdə və qadınlarda sonsuzluq problemlərinə səbəb olur. Bu səbəblə belə xəstəliklərin qarşısını almaq üçün risk yarada biləcək əlaqələrdən qaçınmaq və ya qoruyuculardan istifadə edilməsi vacibdir.

Risk yarada biləcək əlaqələrdə qoruyucu istifadə edilməli və insanların bu barədə məlumatlandırılması.

Cəmiyyətdə cinsi yolla ötürülən xəstəliklər üçün riskli şəxslər müntəzəm olaraq yoxlanılmalıdır.

Evlilik, hamiləlik və planlar zamanı yaş faktorunu nəzərdən keçirmək lazımdır, çünki yaş artımı xüsusilə qadınlarda reproduktiv potensialı azaldır.

Əgər kimyəvi maddələrlə əlaqəli bir iş yerində işləyirsinizsə, bu maddələrlə nəfəs almanın və ya kontaktda olmanın sonsuzluqla əlaqəli olub olmadığını araşdırmaq lazımdır.

Kişilərdə enməmiş testis və ya varikosel kimi sperma keyfiyyətini azaldacaq xəstəliklərin erkən aşkarlanması və müalicə edilməlidir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...