SONSUZLUĞUN MÜALİCƏSİ

Təəssüf olsun ki, bütün dünyada ginekoloqlar, sonsuzluq problemləri ilə üzləşirlər. Abort və cinsi yolla keçən xəstəliklərin fonunda sonsuzluq problemi daha da aktuallaşır.

Sonsuzluq yalnız iki il müddətində təyin edilə bilər. Yəni iki il mütəmadi cinsi əlaqə zamanı hamiləliyə nail olunmursa, artıq sonsuzluq diaqnozu qoyulur. Bu gün dünyada, hər yüz cütlükdən 15-i sonsuzdur. Elmin və tibbin inkişafına baxmayaraq, sonsuz cütlüklərdən yalnız 15-20% öz arzularına çatırlar.

Qadın sonsuzluğunun səbələri

loading...

Qadınlarda sonsuzluğun səbəbləri, kişilərdəkindən fərqlənir. Cinsi orqanların anomaliyası, inkişaf etməməsi hamiləliyə nail olmağa imkan vermir.  Adətən qadınlarda sonsuzluğun səbəbləri, orqanların iltihabı olur. Çox vaxt belə səbəblərdən uşaqlıq yolları daralır və yaxud ümumiyyətlə tutulur.

Cinsi yolla keçən infeksiyalar da, sonsuzluğa səbəb olurlar. Səbəblərdən biri də, yumurtalıqların funksiyasının pozulmasıdır.  Sonsuzluq həmçinin genetik səbəblərdən də ola bilər.

Sonsuzluğun müalicəsi

Sonsuzluğun müalicəsi dedikdə, hamilə olmağa mane olan səbəblərin aradan qaldırılması başa düşülür. Əgər bu cinsi infeksiyalardısa, müalicə kursu təyin olunur.  Əgər hormonal dəyişikliklərdisə, ginekoloq endokrinoloqun müşaiyəti ilə hormonal fon tarazlaşdırılır.

Ən mürəkkəb vəziyyətlərdə, əgər tibb kömək edə bilmirsə, süni mayalanmadan istifadə edilir.

Sonsuz cütlüklər bilməlidirlər ki, həkimlərin səyi nəticəsində bu problemi aradan qaldırmaq mümkündür.

Dr. Sevinc Əkbərova

loading...

Bunuda oxu...