SOKRATA QƏDƏRKİ FƏLSƏFİ MƏKTƏBLƏR

FəlsəfəAntik fəlsəfə e. ə. VII-VI əsrlərdə Elladada meydana gəlmişdir və  V-VI əsrlərə qədər davam etmişdir. Bu fəlsəfədə gələcək dünyagörüşün bütün tipləri rüşeym halında mövcud olub.

Antik dövrün fəlsəfi  fikrinin meydana gəlməsi və inkişafına şərq fəlsəfəsinin xüsusilə, Misir, Babilistan və İran filosoflarının müəyyən təsiri olub.

Antik dövrün fəlsəfəsi, xüsusilə, idealist təlimləri əsatirlər, din və insanların antimistik təsəvvürləri ilə bağlı

loading...

olub. Antik cəmiyyətin filosofları birinici növbədə dünyanın yaranması, kosmologizm problemləri ilə məşğul olmuş, mövcudatın ilkin başlanğıcı və onun vəhdəti məsələlərina xüsusi diqqət yetirmişlər. Bu dövrün filosofları obyektiv idealizm, sadəlövh materializm və kortəbii dialektika mövqelərindən çıxış etmişlər. İlk yunan filosoflarının sələfləri əfsanəvi şair Orfey, Homer, Hesiod, Ferikid və başqaları olmuşlar.

Antik fəlsəfənin inkişafı aşağıdakı dörd mərhələdən keçmişdir:

  1. Sokrata qədərki mərhələ. Bu mərhələ yunan fəlsəfəsinin formalaşdığı dövrdən onun inkişafında kəskin dönüş əmələ gələnə qədərki (e.ə VII-V) dövrü əhatə edir.Birinci mərhələdə Milet məktəbi, Heraklit, Eley məktəbi, Pifaqor, Empodokl, Anaksaqor və Yunan atomistləri fəaliyyət göstərmişlər.

  2. Klassik mərhələ.Bu məhələ e.ə V əsrin yarısından başlanaraq e.ə IV əsrə qədər davam edib. Bu dövr əsasən Sokrat, Aristotel, və Platonun adı ilə bağlıdır.

  3. Ellinizm mərhələsi. Makedoniyalı İskəndərin (e.ə 334-324) dövründə Asiya və Qara dəniz sahillərindəki mədəniyyət şərti olaraq “Ellinizm” mədəniyyəti adlanırdı. Bu mərhələ eramızdan əvvəl VI əsrin axırından II əsrə qədər olan dövrü əhatə edir. Bu dövrdə klassik mərhələdən fərqli olaraq xeyli fəlsəfi sistemlər və məktəblər meydana  gəlmişdir.Bunlar əlbəttə ki, Platon və Aristotel fəlsəfəsinin təsiri altında yaranmışdır.

  4. Roma mərhələsi.Bu antik fəlsəfənin inkişafında sonuncu mərhələdir. Bu dövr e. ə. I əsrdən başlamış eramızın V-VI əsrlərinə qədər davam edib.

Sokrata qədərki fəlsəfə Milet məktəbi ilə başlanır. Həmin məktəb e.ə 7-6-cı əsrlərdə Yunanıstanda ilk materialist təlim yaratmışdır. Milet məktəbi nümayəndələri aləmin mahiyyətini dərk etməyə, onun meydana gəlməsi və inkşafının səbəblərini müəyyən etməyə çalışırdılar. Onların yaratdığı təlimin səciyyəvi cəhəti, fəlsəfə ilə təbiətşünaslığın bilavasitə bağlılığı idi. Bu filosoflar dünyanı ona kənardan heç bir şeylə əlavə etmədən izah edirdi.

Ümumiyyətlə Milet filosofları dünyanın dərk edilməsinə sadəlöv materializm və kortəbii dialektika mövqeyindən çıxış edirdilər. Milet məktəbinin əsasını Fales qoymuşdur. O ilk dəfə e.ə 585-ci ildə günəş tutulacağını əvvəlcədən xəbər vermişdir. O belə hesab edirdiki bütun mövcudat  sudan yaranır, istər üzvü istərsədə qeyri-üzvi maddələr aləmi sudan kənarda təsəvvür etmək mümkün deyil və suyun özündə inkşaf imkanları vardır hər şey suda parçalanır və yenidən yaranır. Milet məktəbinin ikinci nümayəndəsi Falesin

tələbəsi olmuş Anaksimandr yer daimi, əbədi fırlanma hərəkətinə malik olduğu üçün istinin və soyuğun mənbəyini bu hərəkətdə axtarmaq lazımdır. O belə hesab edirdiki dünya əbədi və sonsuz varlıqdır.

Milet məktəbinin üçüncü nümayəndəsi Falesin və Anaksimandrın tələbəsi olmuş Anaksimendir. O havanı hər şeyin başlanğıcı hesab etmiş, hər şeyin havadan yarandığını və son nəticədə havaya çevriləcəyini söyləmişdir.

Antik dövr müdriklərindən olan Heraklit öz fəlsəfi düşüncələrini “Təbiət haqqında” əsərində şərh etmişdir. O bütün mövcüdatın əbədi, bütün varlıqların atəşdən yarandıqlarını və yenidən atəşə çevriləcəyini və bu atəşin daim hərəkətdə olduğunu söyləyirdi. O hər şeyin loqosdan(qanun) yarandığını hər bir şeyin loqos əsasında hərəkətetdiyini, zərurətdən baş verdiyini və dünyada hər şeyin hərəkətdə olduğunu söyləyirdi.

E.ə 6-5 ci əsrlərdə fəaliyyət göstərmiş antik dövr fəlsəfəsinin inkişafında az rol oynamamışdır. Bu məktəbin yaradıcılarından olan Ksenofan Kolofonlu fəlsəfi düşüncələrini “Kolofonun əsasları”, “Eleyə çıxış” əsərlərində öz əksini tapmışdır. O Allahın varlığını qəbul etməklə dünyanın idarə olunmasında onun varlığının xüsusi

rol oynadığını, onun hər şeyi gördüyünü hər şeyi eşitdiyini və öz fikri ilə dünyanı lərzəyə gətirdiyini söyləyirdi. Ksenofan fəlsəfi fikirlərində: “Hər şey torpaqdan yaranır və nəticədə torpağa qayıdır. Biz hamımız torpaqdan və sudan yaranmışıq.”

Eley məktəbinin digər nümayəndəsi olan Parmenidin təlimlərini “Təbiət haqqında” əsərində şərh etmişdir. Onun fəlsəfəsinin mahiyyətini varlıq haqqında təlim təşkil edirdi. O varlığın əzəli və əbədi olduğuna inanır, varlıq olmayan şeyin mövcud  olmadığına, varlığın hərəkəti və inkşafını inkar edərək dünyada nə varsa varlıq olduğunu söyləyirdi.

Eley məktəbinin digər görkəmli nümayəndəsi olan Zenon varlığın maddiliyi, vəhdəti və bütövlüyünü fikrini qəbul edirdi.  Zenonun fikrincə təbiətdə hər şey isti soyuq rütubət və qurudan ibarət olduğunu söyləyir. Onun fikrincə insanlar torpaqda əmələ gəlmiş və insanın ruhu isə yuxarıda göstərilən mahiyyətlərin qarışığından ibarətdir.

Cənubi İtalyada fəaliyyət göstərən məktəblərdən biridə Pifaqor və pifaqorçular məktəbi idi. Pifaqor “Tərbiyə haqqında”,  “İcmanın işləri haqqında”, “Təbiət haqqında” əsərləri ilə məhşurdur. Pifaqorçular ədədli hər şeyin əsası saymaqla maddi aləmi ikinci hesab edirdilər. Onlar ədədləri ilahiləşdiridilər və mistik mahiyyəti olduğunu söyləyirdilər. Pifaqor ruh ölməzdir və dünyadakı bütün hadisələri təkrar olduğunu söyləyirdi.

Antik fəlsəfənin görkəmli nümayəndəsi olan sicilyada yaşamış Empedokl Aqraqantlı “Təmizləmə” və “Təbiət haqqında” əsərlər yazmışdır. O bütün şeylərin kökündə 4 ünsür (hava,od,su,torpaq) olduğunu söyləyir və dünyanın heç bir qüvvə tərəfindən yaradılmadığını, məhv edilməməzliyini və dərk olunmasını qəbul edirdi.

Yunan filosofu olan Anaksaqorun fikrincə dünyada mövcud olan bütün şeylərin əsasını sonsuz miqdarda mövcud olan maddi hissəciklər təşkil edir. Anaksaqor hissi idrak qəbul edir və deyirdiki əql, təffəkür olmadan bizi əhatə edən mühit haqqında fikir söyləmək olmaz.

Miletdə doğulub sonra eleyə köçən Levkipp vahid mövcud olan atomlar və boşluqdur, atomlar boşluqda hərəkət edirlər,atomların birləşməsi və ayrılması nəticəsində predmetlər meydana gəlir və məhv olur.

Yunan materializminin və atomistikasının görkəmli nümayəndəsi  Demokrit dünyanı atomlardan və boşluqlardan ibarət olan tükənməz bir reallıq adlandırırdı. O Levkipp ilə birlikdə materiyanın atom quruluşu konsepsiyasını yaratmşdılar. O atomları varlıq, boşluğu isə qeyri varlıq adlandırır və cəmiyyətdə və təbiətdə səbəbsiz heç bir şeyin baş vermədiyini söyləyirdi.

Əliyev Azər

loading...

Bunuda oxu...