ŞOKOLAD VƏ UŞAQLAR

Şokolad və uşaqlar, daha doğrusu allergiyası olan uşaqlar. Valideyn bilir ki, olmaz, amma “hərdən yeyir” deyir. Hərdən olarmı, olmazmı? Baxaq.

Uşaqlar həm də böyüklər şokoladı sevir, onu yeyərkən endorfin – xoşbəxtlik hormonu artır.

Daha nə baş verir? Şokoladın tərkibi olan kakao da kafein sırasından bir maddədir. Şokoladı yeyərkən dərinin səpməsi mütləq deyil. Mədəyə düşən şokolad kafein maddəsi hesabına turşuluğu artırır. Mədə bulanması, iştahsızlıq, gəyirmə, qarın ağrısı reflyuks xəstəliyinin görünən əlamətləridir.

loading...

Bu zaman turşuluq tədricən qida borusu ilə nəfəs yoluna keçir, qıcıqlandırır, astma tutmalarını ola bilər.

Astma xəstəliyindən əziyyət çəkən uşaqların 60%-da səssiz reflyuks olur, səbəb isə şokolad və onun kimi məhsullardır.

Dr. Aytən İsmayılzadə

loading...

Bunuda oxu...