SKOLİOZ

Skolioz onurğanın döş və ya bel nahiyələrinin yana doğru əyriliyidir. Bu zaman fəqərələr sağa və sola doğru yerdəyişdirir və eyni zamanda öz bucağı ətrafında fırlanırlar.

Əlamətləri:

çanaq və çiyin səviyyələri arasında qeyri-bərabərsizlik

loading...

qollar və bədən arasındakı məsafənin bərabərliyi və bədənın balansının pozulması

döş qəfəsində assimetriya və s.

Müalicəsi əyriliyin dərəcəsi və sümük böyüməsinin hansı mərhələdə olmasından asılıdır. Müalicə alternativləri arasında: məşqlər, xüsusi bel kəmərinin istifadəsi, cərrahi müdaxilə və ya bunların kombinasiyası həyata keçirilə bilər.

Karsetdən istifadə:

Karsetin məqsədi əyriliyin artmasının qarşısını almaqdır. Karset xüsusilə 30 dərəcəyə kimi olduğu zaman və böyümənin davam etdiyi uşaqlarda effektlidir. ABŞ və Kanadada aparılan elmi işlərdən sonra aydın olmuşdur ki, bütün xəstələrə karset verilsin. Karsetin gün ərzində 20-23 saat taxılı qalması önəmlidir. Əyrilik 40 dərəcədən yuxarıdırsa və uşaq hələ böyüməyə davam edirsə cərrahi müdaxilə mütləqdir.

Skolioz yetişkənlik dövründəki uşaqların gələcəyi üçün təhlükəli bir xəstəlikdir. Erkən diaqnostika aparılsa sağalma faizi yüksəkdir. Əgər vaxtında müalicə olunmazsa yetişkənlik dövründə bel və kürək ağrıları, ürək və ağciyər pozğunluqlarına səbəb ola bilər.

Dr. Gülay Qurbanzadə

loading...

Bunlarıda bəyənə bilərsiniz ...