SİTOMEQALİYA

SİTOMEQALİYASitomeqaloviurs  infeksiyası  həmçinin  sitomeqaliya,  tüpürcək vəzilərinin virus xəstəliyi, inklüzion sitomeqaliya, əlavələrlə birgə xəstəlik, SMV “sivilizasiya xəstəliklərinə” aid edilir  ki, onlar son onillikdə dünyada geniş yayılmışdır.

Sitomeqaliya  – kifayət qədər geniş yayılmış virus mənşəli infeksion xəstəlik  olub,  təzahürləri  daxili  orqanların  və  mərkəzi  sinir  sisteminin  simptomsuz  formalarından  ağır  zədələnmələrinə  qədər  dəyişə  bilər.

Sitomeqaliya tüpürcək vəzilərinin və başqa üzvlərin zədələn məsi,  onların  toxumalarında  nəhəng  hüceyrələr  və  nüvədaxili  böyük törəmələrin olması ilə səciyyələnən virus xəstəliyidir.

loading...

Sitomeqalovirus  infeksiyası  ilk  dəfə  XIX  əsrin  sonunda  –  1881-ci ildə Ribbert tərəfindən “öpüş xəstəliyi” adı altında təsvir  edilmişdir,  belə  ki,  güman  olunurdu  ki,  yoluxma  öpüş  zamanı  tüpürcək vasitəsilə baş verir. Sitomeqaliyanın həqiqi “səbəbkarı”  olan sitomeqalovirus isə yalnız 1956-cı ildə aşkar edilmişdir.

Elə  o zaman sübut olun muşdur ki, sitomeqaliya təkcə tüpürcək vasitəsilə deyil (halbuki virus, həqiqətən də, tüpürcək vəzilərində tez-tez aşkar edilir, ona görə də xəstəliyin adlarından biri – “tüpürcək vəzilərinin virus xəstəliyi” də buradan götürülmüşdür), həm  də cinsi əlaqə, transplasentar – hamilə qadından dölə, həmçinin  sıx  məişət  təmasları  zamanı  da  ötürülür.

Bundan  başqa,  qanköçürmə,  orqan  və  toxumaların  transplantasiyası  zamanı  sitomeqalovirusla  yoluxma  halları  məlumdur.  Sitomeqalovirus  infeksiyası  geniş  yayılmışdır,  lakin  virusgəzdirənlərin  əksəriy yəti  bundan heç şübhələnmirlər.

Morfoloji cəhətdən sitomeqaliya virusu insanın  herpes xəstəliyi və su çiçəyi virusundan fərqlənir. Sitomeqaliya xəstəliyinin gedişi yaşdan  asılı  olaraq  müxtəlifdir.  Anadangəlmə  sitomeqaliya  dölün uşaqlıqda ölməsinə səbəb ola bilər və ya sitomeqaliyaya xas klinik  əlamətlər  törədə  bilər.

Əlamətlər,  adətən,  uşaq  anadan  olduqdan  sonra  aşkar  edilir  və  inkişafdan  qalma,  sarılıqla  gedən  hepatospleno meqaliya, sətəlcəm və ən çox mərkəzi sinir sisteminin zədələnməsi əlamətləri (mikrosefaliya, beyin mədəciklərinin  ətrafında  duz  yığılması,  xorioretinit,  görmə  sinirinin  atrofiyası,  hissi  və  hərəki  reaksiyaların  ləngiməsi).

Əvvəllər  belə  hesab  edir  dilər ki, anadangəl mə sitomeqaliya mütləq uşağın ölümü ilə  nəticələnir.  Sonralar  aydın  oldu  ki,  uşaqlar  birincili  xəstəliyi keçirə və bundan sonra bir neçə il yaşaya bilərlər. Yüngül keçən  xəstəlik  hadisələrinə  də  rast  gəlinir.  Xəstəlikdən  sonra  sağ  qalmış uşaqlarda, adətən, xırda beyin, hərəkət pozğunluqları və əqli  inkişafın  ləngiməsi  qeyd  edilir.

Bu  yaxınlarda  aparılan  təd qiqatlar  göstərmişdir  ki,  ana  bətnində  sitomeqalo virus larla  yoluxma kiçik beyinli və əqli inkişafdan geri qalmış uşaqların əksəriyyətində  belə  vəziyyətin  yaranmasına  gətirib  çıxarmışdır.

Sitomeqaloviruslarla  yoluxma  anadan  olduqdan  sonra  da  mümkündür, ancaq bu zaman spesifik klinik əlamətlərə az təsadüf edilir. 3 yaşın dan sonra ölmüş uşaqların 8-32%-nin tüpürcək  vəzilərində  sitome qaliyaya  xas  olan  morfoloji  dəyişik lər  tapılır  ki,  o  da  uşaqların  doğulduqdan  sonra  yoluxmasını  təs diq  edir.

Böyüklərdə  sitomeqaliya  xəstəliyi,  adətən,  əlamətsiz  keçir,  ona görə anaların necə və nə vaxt yoluxması və dölə virusu ötürməsi  haqqında  çox  az  məlumat  vardır.  Sitomeqaliyalı  uşaq  doğan  analarda  viremiya  qeydə  alınmışdır:  çox  güman  ki,  bətndaxili yoluxma ananın bu yaxında əks cisimlər əmələ gəlmədən  virusemiya  ilə  muşayiət  edən  birincili  xəstələnməsi  ilə  əla qədardır.

Ancaq bu ehtimalı təsdiq edən sübutlar hələ yoxdur. Müəyyən edilmişdir ki, doğuş qabiliyyətli qadınların 60%-dən çoxu  sitomeqaloviruslara  qarşı  əkscisimlərə  malikdirlər.  Bu  yaxınlarda aparılan tədqiqatlar doğuş zamanı normal hamiləliyi olan  200  qadının  4%-də  virusun  sidiklə  ifrazını  müəyyən  etmişdi,  sağlam  hamilə  olmayan  qadınlarda  isə  virus  aşkar  edilmədi.

Virus ifraz edən analardan doğulmuş 7 uşaqda sitomeqaliya xəstəliyi aşkar edilmədi, onların ancaq biri doğulandan sonra virus  ifraz etmişdi. Viremiya tapılmış 7 anada doğuş dövründə komplementi  birləşdirən  əkscisimlər  tapılmışdır. Bir sıra tədqiqat çılar  göstərirlər ki, xəstəlik əlaməti olmayan yenidoğulmuşların 1,6% -də  viremiya qeyd edilir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...